Xəbərlər
28.08.2026, 00:01
ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO
GECƏNİZ XEYRƏ
Yorulub dincini alan gecələr,
Dərdindən sinəsi talan gecələr,
Mənimlə baş - başa qalan gecələr,
Gecəniz xeyrə.
Tənhalıq axtarıb, seçən söyüdlər,
Pərişan könlümə köçən söyüdlər,
Susayıb bulaqdan içən söyüdlər,
Gecəniz xeyrə.
Göydə buludları əks edən dəniz,
Ayın şəfəqiylə rəqs edən dəniz,
Ruhuma qoşulub bəhs edən dəniz,
Gecəniz xeyrə.
Toxunsam dodağın büzdüm çiçəyi,
Dilini bilmədim, üzdüm çiçəyi,
Sarmaşıq çiçəyı, küsdüm çiçəyi,
Gecəniz xeyrə.
Yarpağı əl çalan qoca çinarlar,
Göylərə baş vuran uca çinarlar,
Ay göyrüş çinarlar, haça çinarlar,
Gecəniz xeyrə.
Gecələr yatmayıb qınaq olanlar,
Gecəsi, gündüzü sınaq olanlar,
Mənimtək gecəyə qonaq olanlar.
Gecəniz xeyrə.
Gecəniz xeyrə.
Yorulub dincini alan gecələr,
Dərdindən sinəsi talan gecələr,
Mənimlə baş - başa qalan gecələr,
Gecəniz xeyrə.
Tənhalıq axtarıb, seçən söyüdlər,
Pərişan könlümə köçən söyüdlər,
Susayıb bulaqdan içən söyüdlər,
Gecəniz xeyrə.
Göydə buludları əks edən dəniz,
Ayın şəfəqiylə rəqs edən dəniz,
Ruhuma qoşulub bəhs edən dəniz,
Gecəniz xeyrə.
Toxunsam dodağın büzdüm çiçəyi,
Dilini bilmədim, üzdüm çiçəyi,
Sarmaşıq çiçəyı, küsdüm çiçəyi,
Gecəniz xeyrə.
Yarpağı əl çalan qoca çinarlar,
Göylərə baş vuran uca çinarlar,
Ay göyrüş çinarlar, haça çinarlar,
Gecəniz xeyrə.
Gecələr yatmayıb qınaq olanlar,
Gecəsi, gündüzü sınaq olanlar,
Mənimtək gecəyə qonaq olanlar.
Gecəniz xeyrə.
Gecəniz xeyrə.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








