CÜMŞÜD AYDƏMİROV : "Ötən illərin şeirləri" silsiləsindən - FOTO
"Ötən illərin şeirləri" silsiləsindən

Duyğusal oluruq,gərgin oluruq,
Üz-üzə gələndə, qəfil görəndə.
Qərarsız oluruq,qəmgin oluruq,
Heç belə deyildik o vaxt sevəndə..

O görüş yerinin nisgili ağir,
Buzlayıb qəlbimdə xatirələrin.
Yay da gəlib artıq,yağış da yağır,
Çətin donu aça buz ürəklərin.

Payız küləyi tək soyuq gəlmisən,
Əllərin ovcumda isinsin bir az.
Qəlbini de,harda qoyub gəlmisən?
İndi dediklərim səni ovutmaz.

Könlümdə yeri var ilk məhəbbətin,
Dünyanın xoşbəxti biz idik onda.
Sənə bəlli idi arzum,niyyətim,
Su kimi tərtəmiz,saf idik onda.

Daha dilim deməz qəlbim deyəni,
Dilin də ürəklə küsüşməyi var.
Sənə söylədiyim ülvi sözlərin,
Bir dəfə deyilib, eşitməyi var.

Yaxşı karlı həyat arzusundaydın,
Aldandın şeytanın vəsvəsəsinə.
Bilmirdin dünyanın harasındaydın,
Kor oldun dünyanın fəlsəfəsinə.

Sən bir az qürurlu,mənsə inadkar,
Dünya ğözümüzdə bir nağıl idi.
Bilmədik nə idi,kimdi günahkar,
Hər şey şirin idi və noğul idi.

Yuxumu qaçıran məktəb illəri,
Gəl bizi sehirli dünyana qaytar.
Hər səhər çalınan məktəb zəngləri,
Nə olar bizi də keçmişə apar.

Duyğusal oluruq,gərgin oluruq,
Üz-üzə gələndə,qəfil görəndə.
Qərarsız oluruq,qəmgin oluruq,
Heç belə deyildik o vaxt sevəndə...


Xudat. 12.06.24

CÜMŞÜD AYDƏMİROV : "Ötən illərin şeirləri" silsiləsindən - FOTO
CÜMŞÜD AYDƏMİROV : "Ötən illərin şeirləri" silsiləsindən - FOTO

Son xəbərlər

MƏN KİMƏM? - FOTO

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

Görməni bərpa edən çip ilk pasiyentə implantasiya edildi

Türkmənistan Prezidenti Bakıya gəldi

Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031