Xəbərlər
15.10.2026, 06:45
Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!
"Ədəbi Ahəng" səhifəsinin bu dəfəki şeir təqdimatını dəyərlimiz, öz xanımlığı və yüksək intellektuallığı ilə yanaşı, yüksək insani keyfiyyətləri ilə, Azərbaycan ədəbi mühitində öz parlaq imzası ilə tanınan, eyni halda Cəlilabad ədəbi mühitinin ziyalı xanım nümayəndəsi, AYB- nin üzvü "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Sənsizlik şəhəri
Demişdim ki, inadına əsir düşmə,
Sabahıma min ümid ol, min arzu ol.
Ömür adlı bu qatarda təkəm indi,
Sənsizliyin şəhərinə gedir bu yol.
Bu şəhərin küçələri sıxır məni,
Yad havası ciyərimə oxtək batır.
Nəfəsini özgə cana yem eləmə,
Buralarda milyon illik bir ac yatır.
Buralarda sənə gələn yollar itib,
Əllərini körpü etsən, yol düzələr.
Bircə dəfə ürəyimə dönüb baxsan,
Məndən çıxıb sənə tərəf özü gələr.
Ayrılıqlar odun aldı gözlərimin,
Göz yaşlarım cığır saldı yanağımdan.
Nə gülüşlər saxlamışdım sənin üçün...
Hicran gəlib oğurladı dodağımdan.
Sən Allah, bu tərsliyini torpağa göm,
Heç olmasa, bir dəfə dön dediyindən.
Mən yazıq da qovuşmağa yol gəzirəm,
Yapışmışam ulduzların ətəyindən.
Niyyətimi ovuc-ovuc səpdim göyə,
Gerçəkləşər bəlkə bir yay səhərində.
Eşq ətirli ümidlərə sığınmışam,
Görüşərik bir gün sevgi şəhərində...
12. 08. 2026
Sevil Gül Nur

Sənsizlik şəhəri
Demişdim ki, inadına əsir düşmə,
Sabahıma min ümid ol, min arzu ol.
Ömür adlı bu qatarda təkəm indi,
Sənsizliyin şəhərinə gedir bu yol.
Bu şəhərin küçələri sıxır məni,
Yad havası ciyərimə oxtək batır.
Nəfəsini özgə cana yem eləmə,
Buralarda milyon illik bir ac yatır.
Buralarda sənə gələn yollar itib,
Əllərini körpü etsən, yol düzələr.
Bircə dəfə ürəyimə dönüb baxsan,
Məndən çıxıb sənə tərəf özü gələr.
Ayrılıqlar odun aldı gözlərimin,
Göz yaşlarım cığır saldı yanağımdan.
Nə gülüşlər saxlamışdım sənin üçün...
Hicran gəlib oğurladı dodağımdan.
Sən Allah, bu tərsliyini torpağa göm,
Heç olmasa, bir dəfə dön dediyindən.
Mən yazıq da qovuşmağa yol gəzirəm,
Yapışmışam ulduzların ətəyindən.
Niyyətimi ovuc-ovuc səpdim göyə,
Gerçəkləşər bəlkə bir yay səhərində.
Eşq ətirli ümidlərə sığınmışam,
Görüşərik bir gün sevgi şəhərində...
12. 08. 2026
Sevil Gül Nur
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


