Fələstinin erməni əsilli xarici işlər və diaspor naziri Varsen Aqabekyan Şahinin Azərbaycana səfəri gözlənilir.

"Unikal" xəbər verir ki, oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə Fələstini təmsil edəcək.

"Bakupost" Milli.Az-a istinadla xatırladır ki, Bakıya ilk dəfə səfər edəcək Varsen Aqabekyan Şahin erməni əsilli Fələstin siyasətçisi və akademikdir. O, 1958-ci ildə İordaniyanın paytaxtı Əmmanda anadan olub. ABŞ-da ali təhsil alan Aqabekyan Şahin İndiana Universiteti-Purdue Universitetində magistr dərəcəsi alıb, 1988-ci ildə isə Pittsburq Universitetində təhsil siyasəti və idarəetmə istiqaməti üzrə doktorluq dərəcəsinə yiyələnib.

O, uzun illər akademik sahədə fəaliyyət göstərib. 1988-2008-ci illərdə Qüds Universitetində çalışıb, 1995-1998-ci illərdə Səhiyyə Peşələri fakültəsinin, 1998-2000-ci illərdə isə Magistratura təhsili fakültəsinin dekanı olub. Bununla yanaşı, Fələstində səhiyyə insan resurslarının inkişafı, təhsil, institusional quruculuq və mədəniyyət layihələrində müxtəlif rəhbər vəzifələr tutub.

Aqabekyan Şahin 2016-2018-ci illərdə Fələstinin Müstəqil İnsan Hüquqları Komissiyasının baş komissarı vəzifəsində çalışıb. O, həmçinin Fələstində kilsələrin fəaliyyəti və tarixi dini abidələrin bərpası ilə bağlı prezident komitələrinin işində iştirak edib, qadın hüquqları və insan hüquqları məsələləri üzrə fəaliyyət göstərib.

O, 2024-cü il martın 31-də Fələstin hökumətində xarici işlər və diaspor məsələləri üzrə dövlət naziri vəzifəsinə başlayıb. 2025-ci il iyunun 23-də isə prezident Mahmud Abbasın qərarı ilə Fələstinin xarici işlər və diaspor naziri təyin olunub. Bu təyinatla Aqabekyan Şahin ölkənin diplomatik qurumuna rəhbərlik edən ilk qadın olub.

Qeyd edək ki, AQEM-in VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək. Tədbirdə təşkilata üzv ölkələrin və digər tərəfdaş dövlətlərin yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.

Son xəbərlər

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031