Yaponiyanın ilk qadın Baş naziri Sanae Takaiçi ev işlərinə sərf etdiyi vaxta görə kişi sələflərindən gündə 3-4 saat daha çox işləməli olduğunu bildirib.

“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, özünü işgüzar insan kimi xarakterizə edən Takaiçi parlamentdə çıxışı zamanı gündəlik iş rejimindən danışıb.

“Səhərlər duş alıram, səhər yeməyi hazırlayıram, sonra qabları yuyuram. Makiyaj üçün sərf etdiyim vaxtı isə heç demirəm”, – deyə Baş nazir bildirib.

Takaiçi bu işlərin onun vaxtını kişi həmkarları ilə müqayisədə gündə 3-4 saat daha çox aldığını vurğulayıb.

Baş nazir daha əvvəl də sıx iş qrafikindən danışaraq vəzifəyə başladıqdan sonra gecələr cəmi 0-3 saat yatdığını bildirmişdi. O, bəzən səhər saat 03:00-da belə əməkdaşları ilə iclas keçirdiyini açıqlamışdı.

Yaponiyada baş nazirlərin parlament iclaslarında uzun saatlar keçirməsi adi hal hesab olunur. Onlar gündə 5-7 saat parlamentdə olur, müxalifət deputatlarının tənqidlərini dinləyir və ya müzakirələri izləyirlər.

Yaponiya İnnovasiya Partiyasının deputatı Fumitake Fucita 2022-ci ildə Yaponiyanın Baş nazirinin parlament iclaslarında 72 gün iştirak etdiyini bildirib. Müqayisə üçün, həmin göstərici Böyük Britaniyada 50, Almaniyada isə 13 gün olub.

Fucita qanunvericilik müzakirələrinin əhəmiyyətini qəbul etsə də, Baş nazirin parlamentdə bu qədər vaxt keçirməsinin beynəlxalq təcrübəyə uyğun olmadığını deyib.

Yaponiyada qadınların siyasətdə təmsilçiliyi də aşağı səviyyədədir. Ötən il parlamentin aşağı palatasına keçirilən seçkilərdə qadınlar 465 yerdən yalnız 68-ni qazanıblar.

Son xəbərlər

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031