Xəbərlər
14.10.2026, 06:21
SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Fələyin mənimlə sanki qəsdi var-
Sevdiyim adamlar köçür dünyadan
Gözümə yaş dolur, könlümə qübar-
Sevdiyim adamlar köçür dünyadan .
Saçıma dən ďüşür, ömür gödəlir,
Qəmli xatirələr bağrımı dəlir.
Hər gün birisinin xəbəri gəlir-
Sevdiyim adamlar köçür dünyadan.
Biri qardaş bilib çox istəyərdi,
Biri mayak idi, yol göstərərdi...
Daha hər saatım dərddi, kədərdi-
Sevdiyim adamlar köçür dünyadan.
Bəzən çaylar kimi çoşub, daşıram,
Fikrimdə dərələr, dağlar aşıram...
Hər gün təklənirəm, tənhalaşıram-
Sevdiyim adamlar köçür dünyadan.
Sevinc boynubükük, ömrü çox qısa,
Son qoya bilmirəm kədərə, yasa...
Yaramın üstünə duz basa-basa-
Sevdiyim adamlar köçür dünyadan.
Bu dünya hamının səyahət yeri,
Köç edib gedənlər qayıtmır geri...
Bir gün mənim üçün deyəcək biri;-
"Sevdiyim adamlar köçür dünyadan".
Sevdiyim adamlar köçür dünyadan.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



