Xəbərlər
13.10.2026, 21:18
PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO
Bir ömür yandı,son günüm çatıb,
Fələk taleyimi arayıb atıb,
Ağ günüm yuxu tək qəlbimdə yatıb,
Niyə gözlərimdən getmirsən mənim.
At dedim məni də, o günləri də,
Cavanlıq ömrümün günlərini də,
O qərib qəlbimin tellərini də,
Niyə gözlərimdən getmirsən mənim.
Ağ dedin ağa da, qarayada sən,
Səninçün biriymiş bənövşə, süsən,
Nə biləsən səndən olarmış küsən,
Niyə gözlərimdən getmirsən mənim.
Boy verir təpəmdən kinim, küdrətim,
Mənim fikir-xəyallara çatmır cürətim,
Bu sevgimin, bu sevincim, qüdrətim,
Niyə gözlərimdən getmirsən mənim.
Həya pərdəsini keçmədim bir an,
Dünyam qaralıbdı, yollar çən, duman,
O gündən bu günə soyuqdu yuvam.
Niyə gözlərimdən getmirsən mənim.
Püstə od içində yandı bir ömrü,
Dərdkeşi olmadı soldu bir ömrü,
Yüz ildə yaşasa, qalsa bu ömrü,
Niyə gözlərimdən getmirsən mənim.
Fələk taleyimi arayıb atıb,
Ağ günüm yuxu tək qəlbimdə yatıb,
Niyə gözlərimdən getmirsən mənim.
At dedim məni də, o günləri də,
Cavanlıq ömrümün günlərini də,
O qərib qəlbimin tellərini də,
Niyə gözlərimdən getmirsən mənim.
Ağ dedin ağa da, qarayada sən,
Səninçün biriymiş bənövşə, süsən,
Nə biləsən səndən olarmış küsən,
Niyə gözlərimdən getmirsən mənim.
Boy verir təpəmdən kinim, küdrətim,
Mənim fikir-xəyallara çatmır cürətim,
Bu sevgimin, bu sevincim, qüdrətim,
Niyə gözlərimdən getmirsən mənim.
Həya pərdəsini keçmədim bir an,
Dünyam qaralıbdı, yollar çən, duman,
O gündən bu günə soyuqdu yuvam.
Niyə gözlərimdən getmirsən mənim.
Püstə od içində yandı bir ömrü,
Dərdkeşi olmadı soldu bir ömrü,
Yüz ildə yaşasa, qalsa bu ömrü,
Niyə gözlərimdən getmirsən mənim.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




