Kəlağayı Azərbaycan xalqının qədim milli geyim nümunələrindən biri olmaqla yanaşı, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi və milli kimliyimizi özündə əks etdirir.

Qadınların baş örtüyü kimi istifadə etdiyi bu geyim tarixən müxtəlif rəmzi mənalar daşıyıb. Son günlər vahid məktəbli geyimi və hicab məsələsi ətrafında müzakirələrin fonunda milli geyim ənənələrimiz, o cümlədən kəlağayının mahiyyəti də diqqət mərkəzinə gəlib.

Bəs baş örtüyü ənənəsinin tarixi hansı dövrlərə gedib çıxır və kəlağayını digər baş örtüklərindən fərqləndirən xüsusiyyətlər nələrdir?

“Qafqazinfo” xəbər verir ki, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Atəş Əhmədli mövzu ilə bağlı fikirlərini “Publika.az” ilə bölüşüb.

Folklorşünasın sözlərinə görə, qadınların baş örtüyündən istifadə etməsi qədim adət-ənənələrlə bağlıdır.

Atəş Əhmədli qeyd edib ki, geyim formaları zaman keçdikcə dəyişib və müxtəlif tarixi mərhələlərdə fərqli görünüş alıb. Buna görə də keçmişdə istifadə olunan baş örtüklərinin bugünkü formalarla eyni olduğunu düşünmək doğru deyil. Baş örtükləri müxtəlif materiallardan hazırlanıb, onların istifadəsi isə dövrün adətləri və dini təsəvvürləri ilə əlaqəli olub.

Folklorşünas vurğulayıb ki, kəlağayını fərqləndirən əsas cəhətlərdən biri onun üzərindəki naxışlar və rəmzlərdir. Buta və digər ornamentlər kəlağayının özünəməxsus görünüşünün formalaşmasında mühüm rol oynayıb.

Baş örtüyünün ümumi ənənəsi ilə konkret bir milli geyim nümunəsi olan kəlağayını eyniləşdirmək olmaz.

Atəş Əhmədlinin fikrincə, kəlağayının milli geyim nümunəsi kimi yenidən gündəmə gəlməsi, xüsusilə gənclərin bu irsə marağının artması baxımından əhəmiyyətlidir. O bildirib ki, kəlağayı yalnız geyim elementi deyil, həm də xalqımızın mənəvi irsini, milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyərdir.

Bu ənənənin qorunması və gələcək nəsillərə ötürülməsi milli-mənəvi irsimizin yaşadılması baxımından vacibdir.

Son xəbərlər

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Kəlağayı naxışlarındakı sirr...

Millimiz Qazaxıstana yollandı

“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Seyfəddin Qəndilovun oğlu vəfat etdi - Foto

Professor Tərlan Quliyev vəfat edib

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

BİZ NİYƏ BİRİ-BİRİMİZİ SEVMİRİK?

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB

Prezidentlə nahardan sonra 40 il öncə çəkilmiş fotoya baxdılar

Azərbaycan və Laos arasında xidməti pasport sahibləri üçün viza rejimi ləğv edilir

MƏKTƏBLİ FORMASI — BİRLİK, NİZAM-İNTİZAM VƏ BƏRABƏRLİK RƏMZİ

Süni intellektlə ölən müğənnini “diriltmək” qanunidirmi? - CƏZALAR

Pakistanda sərnişin qatarı relsdən çıxdı - Ölənlər var

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Единая школьная форма: равенство, свобода и ответственность

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Söz mülkünün sultanı Söz Allahın hər kəsə nəsib etmədiyi bir nemətdir. Buna sahiblənmək isə var-dövlət, səadətdir.

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb - YENİLƏNİB

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

"Traktor" ilk xalını qazandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031