Xəbərlər
7.10.2026, 12:02
"MÜCİRƏDDİN BEYLƏQANİ" ƏDƏBİ MƏCLİSİNDƏ ŞAİR ARZU TAHİRQIZİ İLƏ GÖRÜŞ - FOTOLAR
Bu günlərdə Xətai rayonu Şusa kafe-restoraninda ədəbi ictimaiyyətin iştirakı ilə yeni bir tədbirimiz də xatirəyə çevrildi. Ruhunda şeirə aclıq olan söz adamlarının, doğmalarının, yaxın və uzaq dostların iştirak etdiyi bu məclis əsil sözün bayramına bənzəyirdi.Tədbirin səbəbkari ömrünü sözə bağlayan, hər zaman sözlə nəfəs alan sairə Arzu Tahirqızının yaradıcılığina həsr olunmuşdu..
O ədəbi mühitdə, sosial şəbəkələrdə yetərincə tanınan qələm adamıdı. Özünün dediyinə görə 24 il düşündüklərini, onu narahat edən mısralarını ağ varağa boşalsa bilməyib, amma tale elə gətirib ki, Arzu özüdə bilmədən kitablar aləminə düşub .Kitabxana isçisi olub, xalqına xidmət edib...
Arzu Tahirqızı 1973- cü ildə Oğuz rayonunun Sincan kəndində doğulub..Atası, anası ali təhsilli riyaziyyat müəllimi olub..Dəqiq elmlər ailəsində boyüyən Arzu ədəbiyyata, poeziya meyllənib.Bu arzu, bu istək onu heç vaxt tərk etməyib..
....İllər sonra Arzunun "Sevgilərdən dünya quraq" və "Ruhumun hesabatı" adlı şeirlər kitabı işiq üzü görüb..Bu şeirlər özünün dediyi kimi öz ruhu, yarım əsrlik ömrü qarşısında bir hesabatıdır.
Bəli bu gün..4 oktyabr 2026- cı il tarixi..Arzu Tahirqızının hər iki kitabının təqdimatina toplaşmişıq..
Tədbir məclisin rəhvəri Əzizə Ağahüseynqızının Mücirəddin Beyləqaniyə həsr etdiyi şeirlə açıldı.
Dövlət himnimiz səsləndi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu..
Həmişə olduğu kimi məclisin poeziya şobəsinin rəhbəri, şair Qəzənfər Məsimoğlu "Dostlarıma salam olsun" seiriylə məclis istirakçılarını salamladı..
Arzu Tahirqızının anası Alya müəllimənin səhhətində yaranan bu problemlə baglı tədbirdə iştirak etməməsindən məyus olsam da, qız övladlarinın müəllimə Mahirə Xasayevanın, Ruhiyyə Tahirqızının, nəvəsi Səadət Tahirlinin, vaxtilə Arzuya orta məktəbdə dərs deyən Səadət müəllimənin övladı Dilbər Muxtarovanın, Vüsalə Abdullayevanın və nəvəsi Adilə Muxtarlının, Arzunun yaxın rəfiqəsi Qaradağ rayonundan gələn Kəklik Əlişovanın istirakı tədbirə özgə maraq qatdı ...
Maraqlı keçən məclisdə səbəbkarın (A.T)şeirləri maraq doğurdu.Qarabağ həsrəti, yurd nisgili, otuz illik Vətən torpaqlarının düsmən əlində girov qalması, məcburi köçkünlərimizin acı taleyi, torpaq uğrunda şəhid olan oğulların analarının göz yaşları, şəhidlər, son 30 illik Vətən nisgili, 1- ci və 2- ci Qarabağ müharibəsi və 44 günlük müharibə Arzunun yaradıcılığının leytmotividir. Arzu Tahirqızı ömrünün çiçəklənən bir vaxtindadır.Onun yazmaq, yaratmaq potensialı ćox güclüdür. O hazırda Oğuz şəhidləri haqqında kitabını oxucularının görüşünə hazirlayır..
Tədbirdə bir-birindən maraqlı söz adamları, şairlər iştirak edirdi."Sari aşıq"məclisinin rəhbəri şair Adil Cefakes Cəfakeş, Seyid Əzim vurğunu sair Vahid Çəmənli, şair Zahid Savalanoglu alanoğlu, şair yazar Yunus Yunis Qaraxanlı, Turaztv.az saytınin rəhbəri Cəmil Zəbhulla Dadasov , müəllim yazar Tahirə Əliyeva, şairə Sevinc Fazilqızı, ehtiyatda olan zabit, ömrünü Vətən torpaqlarının müdafiəsinə həsr edən Tofiq Quliyev, Beyləqandan gələn dəyərli qonaqlarımız Əzizağa Teymurov, dizayner yazar, Aybəniz İsmayılova, "Dövlət və Qanun" qəzetinin baş redaktoru, AYB üzvü, ictimaiyyətçi xanım Yasemen Mohubbetqizi, müəllim Şəfiqə Məmmədova, şair Ramiz Şindidağlı, müəllim şair Zərifə Mikayilova, şairə Vüsalə Cəfərova, şair Qulu Ismayilov , şair, mədəniyyət işçisi Rəhbər Əkbərzadə, Könül Arif Həsənova, şairə Həqiqət Qaralıyeva, şair Tofiq Həsrət, Arzu xanımın baciları muəllim Mahirə xanım Xaşayeva, Ruhiyyə Tahirqızı maraqlı, məzmunlu çixıslariyla tədbirə ovqat qatdılar..Ovladı Səadət Tahirli anasını təbrik etdi, gələn qonaqlara minnətdarlığinı bildirdi..
Sonda söz Arzu Tahirqızının verildi..O da öz növbəsində gələn qonaqlara təşəkkür etməklə yeni şeirlərindən soylədi.Bax beləcə sözün hənirinə isinə- işinə bir maraqlı tədbirimiz də geridə qoyduq..Könüllərdə zərrə qədər də sîzümüzlə ocaq çata bildikdə nə xoş...
Növbəti görüşlərdə görüsmək arzusuyla dəyərlilər..sağ olun salamat qalın..
Səmimiyyətlə....
Mücirəddin Beyləqani məclisinin poeziya şöbəsinin rəhbəri
QƏZƏNFƏR MƏSİMOĞLU
04.10.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






























