ÖZ DÜNYAM - SÖZ DÜNYAM - FOTO
ÖZ DÜNYAM
SÖZ DÜNYAM

Sözləri düzərəm mirvari kimi,
Gözlərəm güllərin baharı kimi.
Üzərəm, yetişən nübarı kimi,
Bəhərli torpağım mənim söz dünyam,
Yamyaşıl yarpağım mənim söz dünyam.

Vərəqlər üstündə naxışı durur,
Dünyaya gözümün baxışı durur.
Sözlərə duyğymun axışı durur,
Dilimin kəlməsi mənim söz dünyam,
Gözəllik nəğməsi mənim öz dünyam.

Mahnı var qəlbimi, oxuyub-deşər,
"Ax nə dərdə düşdüm, qaranlıqda mən".
Görməsin zülməti nə dost, nə düşmən,
Tanrı qismətidir mənim öz dünyam,
Əqlin hikmətidi mənim söz dünyam.

Zülmətə tutulub qapqara gözlər,
Oxşayır daima ruhumu sözlər.
Canlanır gözümdə laləli düzlər,
Ayın parçasıdı mənim söz dünyam,
Gülün qonçısidi mənim öz dünyam.

Bəzən də sinəmdə ürək çox fağır,
Çoxalır haqsızlar, tənəsi ağır.
Ey könül toxtaq ol, ilhamı çağır,
Düşünən halımdı mənim öz dünyam,
Dadlı xəyalımdı mənim söz dünyam.

Düşüncələr donsa, o aləm bir an,
Dağıdar içimi dəli bir tufan.
Uçan mələk oldum, söküləndə dan,
Mələk simalıdı mənim söz dünyam,
Gözəl sevinclidi mənim öz dünyam.

Birğə mələklərlə uçandı ruhum,
Haqqın qapısını açandı ruhum.
Nur alıb Tanrıdan, içəndi ruhum,
Ruhumdu nurlanan mənim söz dünyam,
Nurlu sabahımdı mənim öz dünyam.

Zahirim neyləyim qara azardı,
Bununçun dost-tanış gündə azaldı,
İçimdə qülşənli, güllü bahardı,
Pənahım, ümidim mənim söz dünyam,
Səcdəm, səcdəgahım mənim öz dünyam.

Sevgiylə istərəm, uyusun bəşər,
Olmasın cahanda nə böhtan, nə şər.
Saflığından eşqin mənə pay düşər,
Eşqim, fərmanımdı mənim söz dünyam,
Əhdim-peymanımdı mənim öz dünyam.

Telləri qırılmış sazım əlimdə,
Kamansız kamanım durub dizimdə.
Qalıb deyiləsi sözüm dilimdə,
Kəhərdi çapılan mənim söz dünyam,
Dərdi-məlalımdı mənim öz dünyam.

Burda gecələri səhər etmişəm,
Burda fikirləri kəhər etmişəm.
Qızıl bilib sözü, gövhər etmişəm,
Etibarlı dostdu mənim söz dünyam,
Segahdı, həm Rastdı mənim söz dünyam.

Göylərə ey ruhum, bir də uçaydın,
Nur üzündən ayın öpüb qucaydın.
Açıq səma kimi, sözlərim aydın,
Aydanda təmizdi mənim söz dünyam,
Dənizdi dalğalı mənim öz dünyam.

Toxunma ey külək, çiçəyim incə,
Düşər ləçəklərim ləçəyim incə.
Kövrəlib dolanda, ürəyim incə,
Yaralı tərlandı mənim söz dünyam,
Gözləri dolandı mənim öz dünyam.

Köksümdə quş kimi çırpınır ürək,
Quşların səsinə şən nəğməm gərək.
Onlar tək sevinib, səs-səsə verək,
İçimdə olandı mənim öz dünyam,
Tarixdə qalandı mənim söz dünyam

Olduğum kimiyəm bu dünyamda mən,
Göründüyüm kimi, oldum görünəm.
Yazdığım qəhrəman burda özüməm
Özümü vəsf edib mənim öz dünyam,
Sözümü vəsf edib mənim söz dünyam.

Qəlbimdən söz açdı sözümə ustad,
Mənə qol-qanad verdi Balayar ustad.
Məni "YURD" jurnalından tanıtdı ustad,
Sədaqətdir, vəfadır mənim öz dünyam,
Sonsuz məhəbbətdi mənim söz dünyam.

Düzərəm sözləri mirvari kimi,
Gözlərəm gülləri baharım kimi.
Zəhra xanımı bir bacı kimi,
Dilinin kəlməsi mənim öz dünyam,
Gözəllik nəğməsi mənim söz dünyam.

Necə xoşdur dünyam təmiz ləkəsiz,
Hər obanı gəzdim yolsuz, küçəsiz.
Şair Əli Yusif də bu "YURD" dan keçəsi,
Qarşılayar səni mənim öz dünyam,
Şanlı-şöhrətli mənim söz dünyam.

Ruhumu oxşayır dəyərli dostlar,
Mehriban şirin söz dəyərli dostlar.
Qədrimi biləcək mehriban dostlar,
Günəş tək doğandı mənim öz dünyam,
Xalqa ərməğandı mənim söz dünyam.

Dilimə hər kəlmə ürəkdən keçib,
Söz içindən sözü, sözümdən seçib.
Kağızın üstünə əbədi köçüb,
Eşqimlə yoğruldu mənim söz dünyam,
Doğuldu istəkdən mənim söz dünyam.

Ey əziz oxucum, arzumu bölüm,
Köçsə bir gün çismim, gələrsə ölüm
Qoruyun dünyamda,qoymayın solum,
Bayatı, rubai mənim söz dünyam,
Püstənin həyatı mənim öz dünyam.


PÜSTƏ RƏVAN
22.06.2023

ÖZ DÜNYAM - SÖZ DÜNYAM - FOTO
ÖZ DÜNYAM - SÖZ DÜNYAM - FOTO

Son xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031