Xəbərlər
25.10.2026, 20:45
PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

Vətən, torpaq unutmaz, tökülən al qanları,
Gənc nəsillər unutmaz, qorxmaz qəhrəmanları,
Ölsənizdə qoruduz, bu doğma insanları,
Belə qalmaz heç zaman, itən nahaq qanları,
Zaman gəldi aldınız, torpaqları Şəhidlər.
Mən qurbanam sizlərə, Qarabağ Şəhidləri.
Siz vətən ocağının, atamın yurdusunuz,
Yenilməyən bir nəsil, böyük bir ordusunuz,
Siz Vətəni, Vətən tək həmişə qorudunuz,
Adınız tək həmişə, siz uca da oldunuz,
Zaman gəldi aldınız, torpaqları Şəhidlər,
Mən qurbanam sizlərə , Qarabağ Şəhidləri.
Parça- parça Vətəni alıb mal eylədilər,
Üzdə-gözdə bir cürə, dalda dal eylədilər,
Bazar da alverçidək, bəzən ağ eylədilər,
Dağ çəkildi sinəmə Qarabağ Şəhidləri,
Zaman gəldi aldınız, torpaqları Şəhidlər.
Mən qurbanam sizlərə, Qarabağ Şəhidləri.
Püstə unutmaz Sizi, lap yüz yaşı olsada,
Ya əlacsız bir xəstə, ya da ölmüş olsada,
Unutmaram heç zaman, əgər bəxtim yatsada,
Ya da qocalıq məni bir tərəfə atsada,
Zaman gəldi aldınız, torpaqları Şəhidlər,
Mən qurbanam sizlərə, Qarabağ Şəhidləri.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




