Xəbərlər
25.10.2026, 20:14
Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Qələm dostumuz dəyərli Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi.
Murtuz Fərhadoğluna Allahdan rəhmət və yaxınlarına səbr arzulayıram.Təxminən bir il əvvəl dəyərli və səmimi qələm dostuma şeir yazmışdım... Həmin şeiri paylaşmağı özümə borc bildim

Murtuz Fərhadoğlu
Mayası halal çörəkdən,
Tutubdu haqtək dirəkdən.
Dost uğuruna ürəkdən,
Gülər Murtuz Fərhadoğlu .
Halallığa gözün dikib ,
Yaxşılığı qəlbə əkib .
Ürəyində gizlin çəkib ,
Nələr ... Murtuz Fərhadoğlu .
Fərq qoymaz qohuma,yada ,
Ədalətçün girər oda .
Xoşbəxtliyi hər övlada ,
Dilər Murtuz Fərhadoğlu .
Xoş sözlə alar dincini ,
Qoruyar haqtək incini .
Tost - tanışla sevincini ,
Bölər Murtuz Fərhadoğlu .
Borçalıya məhəbbəti ,
Başkeçidə sədaqəti .
Nədir oba,yurd həsrəti ,
Bilər Murtuz Fərhadoğlu .
Tərpətdi qəlbimdə simi ,
Gəlibdi Zahidin dəmi .
Öləndə də kişi kimi ,
Ölər Murtuz Fərhadoğlu
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




