Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı
TƏBRİK...


İnsan dünyaya ovucları sıxılmış halda gəlir və sanki “Bütün Yer kürəsi mənimdir” deyir. Ömrünü başa vuranda, həyatdan köçəndə isə əlləri açıq gedir. Elə bil “baxın, özümlə heç nə aparmıram” – deyir.

İnsan uşaqlığında, gəncliyində qayğı umur, bir şirin sözə, məhəbbətə mənəvi ehtiyac hiss edir. Beləcə günlər keçir, gəlib çatır orta yaş həddinə. Birdən-birə səksənir, diksinib üşənir. Yadına düşür ki, 50 yaşı keçdinmi, sanki minalanmış sahəyə girirsən. О minaların biri nə zamansa ayaqların altında partlaya bilər. Belə anda kövrəlir və istər-istəməz qanrılıb arxaya baxırsan. Yaxşı-yaman yaddaşında oyanır. Xoşbəxt о kəsdir ki, keçmişi, ötən günləri üçün xəcalət çəkmir, qürur hissi duyur. Bu xilqətdə olanlardan biri də bizim yaxından tanıdığımız, hər gün zarafatla salamlaşdığımız Vidadi Haqverdi oğlu Məmmədovdur. Olduqca sadə, zəhmətkeş, təmiz qəlbli bu insanın ad günüdür. İstəyirik onu olduğu kimi təqdim edək.
İnsan ömrün yoxuşunu qalxdıqca elə bil hava seyrəlir, sərinləşir, soyuyur. Onu bəzi istəyənlər, istədikləri kimi. Zirvədə addımladığı cığırlar haçalanır. Gah daralır, gah da düyünə düşür. Başının üstünü, yolunu duman-çən alır. Gözün görəcəyi məsafə sanki ağappaq örpəyə bürünür... Uzaq düşmüş “bivəfa, dönük” gəncliyim daha ahıllığıma səmtimir, gəlmir çağırışıma, çatmır imdadıma, harayıma – deyə özünü günahlandırır da! Səmanı bulud bürüyəndə kölgələr ərşə çəkildiyi kimi, dostları da qeyb olur. Belə çağlarda ürək dözmür, sancır, başlayır içindən ovulmağa, əriməyə, gileylənməyə. Vidadi Məmmədovun da belə yaşadığı anlar, hətta günlər çox olub. Deməzdik ki, firavan həyat sürüb, elə də yox. Bu çətin sınaqlardan, gərgin məqamlardan keçərək ömrünün bu çağına – özünün müdriklik dövrünə gəlib çatıb. Belə də beynimizdə bu fikirlər də dolaşır. Dolaşa-dolaşa qəlbimiz dilə gəlir: Aman Allah, nə şirin olur-muş ömrün təravətli anları, gənclik çağları, atalı illəri! Vidadi qardaşımız yaşının bu müdriklik dövründə incəlmiş, kövrəlmiş vaxtında artıq xatirə örpəyinə bürünüb güclə görünən о günlərə qayıtmaq istəyir. Amma fikrində ehtiyatlanır...

Ailəsində iki uşaq böyüyür. Hələ ki, onları yerbəyer etməyib, arzularını tam başa vurmayıb. Hələ də ürəyinin dərin qatlarında yerləşəm natamam arzuları var. Arzular bitən deyil. Amma istərdik ki, bu sadə, zəhmətkeş insan – bizim dostumuz bütün arzularına çatsın, Allahın nəsib etdiyi ömrü sonadək kişi kimi, şərəflə başa versin. Üzərinə düşən övladlıq missiyanı uğurla, şərəflə davam etdirirsən. Ömür nərdivanının 57-ci pilləsindən 58-ciyə qədəm qoyursan.
Özün də bizim üçün bir insan kimi maraqlı şəxssən. Yaxşılığı unutmayan, ehtiyacı olanlardan yardımını əsirgəməyən, dost qədri bilənsən. Ən başlıcası isə çoxlarına örnək ola bilən ailə başçısısan. Sən qayğı ilə böyütdüyün övladlarınla fəxr edirsən. Sənin parlaq gələcəkləri olacaq gül balaların var.
Bu neçə ildə səni gecəli-gündüzlü tər axıdan, ömrünü zəhmətlə əridən, adamların əllərinin qabarına məlhəm qoyan, onlara mənəvi-insani kömək göstərən, zəhmət adamlarının dərdinə qalan və onların könlünü ürəklə alan fədakar, mehriban, qayğıkeş insan kimi tanıdıq.
Mənalı, kişi kimi ömür sürmək, öz zəhmətilə qurduğu həyatdan zövq alaraq yaşamaq bu keyfiyyətə malik olan hər kəsin haqqıdır. Sən də belə əməl sahiblərindənsən, ay Vidadi.
Elə bunun üçün də böyük ehtirama layiq insan kimi qəlbimizə hopmusan. Öz xalqına bütün varlığı ilə bağlanan, onun arzu və istəkləri, ümid və dərdləri ilə yaşayan insanlar yaşadıqca ucalırlar.
Vidadi Məmmədov heç bir vaxt tək özü üçün yaşamayıb. O, başqalarının sevincinə və kədərinə şərik olub, başqalarının həyat yollarında irəliləməsinə kömək edib, ətrafındakı adamların səadəti üçün əlindən gələni əsirgəməyib.
Əziz qardaşımız Vidadi!
Allah öz istəkli bəndələrinin hamısına kaş sənin kimi dost bəxş edəydi. Sağlam və gümrah yaşa, gözəl insan, ürək adamı!

Dostluğa sədaqət, səndədir ülfət,
Səndən dost-tanı.lar alır məhəbbət.
Bu gözəl istedadı özü yaradıb,
Doğum günün mübarəkdir, Vidadi!

Sözündən tökülür düzlük, ləyaqət,
Sənin qəlbindədir yoldaşa hörmət.
Həm də ki, dostlara var sədaqət,
Doğum günün mübarəkdir, Vidadi!

58-ə çatmağa yaratdın heyrət,
Doludur sinəndə böyük həqiqət.
Hər sözün-sovunda vardır ədalət,
Doğum günün mübarəkdir, Vidadi!

Daşdəmirdən qalsın sənə yadigar,
Dost-tanışçün geniş qəlbi, evi var.
Məclisində dostlar səni ucaldar,
Qoy qorusun, ay Vidadi, səni Yaradan,
Doğum günün mübarəkdir, Vidadi!

Hörmətlə Daşdəmir ƏJDƏROĞLU
Bu təbrikə Qəzənfər Hüseynov, Akif Rzayev, Arif Həsənov, Cəmil Dadaşov, Rahib Kərimli, Elyaz Yazan, Şahid müəllim, Emin, Samir, Nəsir, Çiçək xanım və bütün Vidadisevərlər də qoşulurlar.
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR
Sadə, çörəyi çörəkdən çıxan ürək adamı - FOTOLAR

Son xəbərlər

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

"Traktor" ilk xalını qazandı

Raket təhlükəsi də Ronaldonu dayandıra bilmədi - 1000-ə nə qaldı?

Məşhur aktrisa təyyarədə aləmi bir-birinə qatdı - Yaralılar var

Bəxt üzlərinə ikinci dəfə güldü - 8 il sonra 4 dollarlıq biletlə 675 min qazandılar - Foto

Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Sən də məni mənim kimi sev görüm - FOTO

Ötən ay boşandığı xanımının toyunda aparıcı oldu - Fotolar

Türkiyəli model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi

Qabyuyan vasitələrlə bağlı XƏBƏRDARLIQ: sağlamlığınıza zərər verə bilər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031