Xəbərlər
25.10.2026, 13:24
Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO
Bu gün istedadlı şair Rəqibə Qəvvasın anadan olduğu gündür. Rəqibə xanımı təbrik edir, cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.
Ad gününüz mübarək!
Durna qatarına dönən oğullar
Oğullar çiynində getməli olan,
Atalar çiynində oğul aparır.
Qırmızı tabutda gedən oğullar,
Bu gündən sabaha yadigar qalır.
Gözləri yol çəkir nişanlı qızın,
Doğulmamış körpə ata axtarır.
Başından duvağı düşən gəlinə,
Açılan güllələr “Vağzalı” çalır.
Saçını küləyə verir analar,
Oğlunun ruhuna yetirsin deyə.
Şəhid balaları ata istəyir,
Yalvarır məzara gətirsin deyə.
Durna qatarına dönən oğullar,
Millətin əyilməz mətanətidir.
Torpağın qoynuna enən oğullar,
Müqəddəs amalın şəhadətidir.
Payızda köçdünüz durnalar kimi,
Axı durnaların qayıtmağı var.
Sizi gözləyəkmi bahar gələndə?
Durna qatarına dönən oğullar.
Durna qatarına dönən oğullar
Oğullar çiynində getməli olan,
Atalar çiynində oğul aparır.
Qırmızı tabutda gedən oğullar,
Bu gündən sabaha yadigar qalır.
Gözləri yol çəkir nişanlı qızın,
Doğulmamış körpə ata axtarır.
Başından duvağı düşən gəlinə,
Açılan güllələr “Vağzalı” çalır.
Saçını küləyə verir analar,
Oğlunun ruhuna yetirsin deyə.
Şəhid balaları ata istəyir,
Yalvarır məzara gətirsin deyə.
Durna qatarına dönən oğullar,
Millətin əyilməz mətanətidir.
Torpağın qoynuna enən oğullar,
Müqəddəs amalın şəhadətidir.
Payızda köçdünüz durnalar kimi,
Axı durnaların qayıtmağı var.
Sizi gözləyəkmi bahar gələndə?
Durna qatarına dönən oğullar.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




