TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ
(Dar gündə arxamızda dağ kimi dayanan Raziyə İmranqızına)

Yaxın gəlin, sizin hamınızın qaysaq tutan yarası var, bilirəm. Axı söhbət dostdan, özü də lap köhnəsindən gedəcək. Kim dost qədrini bilir, ona zehnində hansı yeri verib, əlaqələri hansı səviyyədədir, keçib gəldikləri həyat yolları, qazandıqları uğurlar və uğursuzluqlar, tutduqları vəzifə pillələri onların sonrakı münasibətlərinə necə təsir göstərib...
Gənclik illəri, qarşılıqlı münasibətlər zəncirinin ilk halqası kimin yaddaşından silinib ki?!. O zamanlarda qazanılan dostlar sonrakılara bənzəməz, saf, hiyləsiz, umacaqsız münasibətlərin qurulduğu, bəzən ilk sevgilərin ünvanı olan iş yeri!.. Hər kəsin hətta unudulmuş belə hesab edərək yaddaşının "arxiv"inə verdiyi bənzərsiz hisslər sonra yeri düşdükcə baş verib göyərir, göynədir, diqqətini çəkməyə müvəffəq olur. Baxıb görürsən ki, hər şey necə də təzə qalıb, bəziləri isə bu gün üçün yaramır, qatı açılmayan, geyilməyən, indi isə əyninə dar gələn paltar kimidir, amma var, yaşayır. Köhnə yara kimidir - tərpətdikcə, toxunduqca da incidir... Sevimli həmkarların, onların qayğısı, diqqəti, bəzən yorulduğun, bezdiyin iş günləri... İş yoldaşlarının arasında hansısa xasiyyətinə, düşüncə tərzinə görə yaxın, ya da uzaq bildiklərin var. Və bunlardan biri, ya ikisi ilə qurulan münasibətlər sonralar da davam edir, əlaqələri möhkəmlənir, dürüst dostluğa çevrilir. Sonra da bəzən yollar ayrılır, elə münasibətlərin də bundan sonra ali dərəcədə saxlanıldığı vaxt insanın həyatında çox böyük rol oynayır. Bu zaman artıq sən ilk sınaqlardan, uğursuzluqlardan, ayağına dəyən daşlardan az olsa da, nəticə çıxaran birisən, bir az təcrübə qazanmısan artıq, yanlışı doğrulardan ayırd edə bilirsən... Bu illərin dostluğu daha möhkəm olur, həyatının sonrakı mərhələlərində də davam etdirməyə ehtiyac duyursan...
Həyat həmişə adamın üzünə gülmür, taleyin bəd gəldiyi, işlərin düyün düşdüyü vaxtlar da var insan taleyində. Bax o zaman yaxşı dosta üz tutmaq istəyirsən...
İki müəllim tanıyırdım, ali məktəbi bir oxuyub, bir yataqxanada və bir otaqda qalmışdılar. Dostluqları da sonradan yaxın qohumluğa çevrildi, bax onlar ehtiyaclı vaxtlarında çəkinmədən bir-birinin qapısını döyər, heç vaxt da əliboş geri dönməzdilər. Oğlu xatırlayır ki, bir gün atası onu (Sovetlər vaxtı) min manat pul üçün qonşu kənddə yaşayan dostunun yanına göndəribmiş, amma dostu bu məbləğin olmadığını uşağa belə bildirmədən düzəldib onu əli dolu yola salıbmış... Dost qapına gəlmişsə, deməli, razı qayıtmalıdır, vəssalam... Bu idi köhnə dostların devizi!.. Yəni atalar demiş: "Dost dar gündə tanınar".
Dayanar dağ kimi arxanda sənin dar gündə,
Gündə varsın sənə o, sən də ona var gündə!..
Rəfiq Zəka XƏNDAN

Dostluq və dostlar haqqında kifayət qədər atalar sözləri var xalq ədəbiyyatımızda. Bu deyimlərə əsasən dost (mən bunu heç vaxt cinsə bölməmişəm) dostunun güzgüsü sayılar, qardaşın da sənə dost olsa, yaxşı olar, dostluğun birinci şərti etibardır, müharibə igidi, qəzəb müdriki, ehtiyac dostu sınağa çəkər, dostun sənin kimliyinin göstəricisidir və ikinci mən deməkdir... Amma dostun ağıllı olması şərtdir. Yəni ağıllı düşmən belə, cahil və ağılsız dostdan yaxşı hesab olunur... Təki dostluqla gəlib düşmənliklə vuran olmasın adam, eybini görüb də özünə söyləsin, daha el ilə bir etməsin...
Dostluq haqqında yerində deyilmiş məşhur deyimlər də var...
Albert CEYMS: "Məndən qabaqda getmə, mən sənin arxanca gedə bilmərəm, arxada da gəlmə, çünki səndən qabaqda gedə bilmərəm. Yanaşı addımla və mənim dostum ol!"
Farensis BEKON: "Ən pis təklik heç bir həqiqi dostun olmamasıdır".
Müəllifini unutduğum bir müdrik: "Dost hamı çıxıb gedəndə gələn adamdır".
Böyük Məmməd Araz isə dostluğu belə tərənnüm edir:
Hər çətin anımda kəsin yanımı,
Axın ürəyimə gülüşlə, sözlə.
Mən öz varlığımı, öz ünvanımı,
Tapıram hər yeni gəlişinizlə...

Mənə görə o yerdə ki insan özünü rahat hiss edir, tam səmimi davrana bilir, bir sözlə, özünü sanki öz evində hesab edirsə, bax o yer dostun evidir. Dostluq fədakarlıqdır, qayğıkeşlikdir, dostun rahat olmayınca sənin rahatlığın olmamalıdır. İndi, bu zamanda, çoxluğun dost anlayışını kiçik bir ortama aid etdiyi, dar bir çərçivəyə sığdırdığı, dostun yalnız ailə daxilində olmasının təlqin olunduğu bir vaxtda dost ola və dost qala bilmək əsl kişilikdir, mərdlikdir, fərqlilikdir, böyük şəxsi keyfiyyətlərə, dəyərə sahib olmaqdır!..
Bu yazımın qəhrəmanının adını əvvəllərdə ona görə çəkmədim ki, qoy oxucularımız bir az narahat olsunlar. Qəhrəmanım xanımdır, ad günü deyil, amma belə bir yazını niyə də ad gününə saxlamalıyam? Ad günündə hamı yazır onsuz da. Onunla dostluğumuz haradasa 20 ildir davam edir. Dildə bu rəqəm asan görünsə də, arxasında bir ağırlıq var. 2 saat müddəti olan indiki dostluqların mövcudluğu zamanında bu 20 il az müddət deyil.
Dost, dostun yüngül xətalarını, səhvlərini bağışlaya bilmirsə, dostluğu davam etdirmək çətin olur. Bizim də aramızda ani umu-küsülər olub, amma özümüz vasitəsiz həll etmişik. Mənə görə dostum sadəcə mənim dostumdur, heç bir əlavə şərhsiz, bəzək-düzəksiz, izahatsız!..
Atalar "hər şeyin təzəsi, dostun köhnəsi" deyib, amma bu köhnə o köhnə anlamına gəlməz, köhnəldikcə təzələnər, qəttəzə xanə açar ürəklərdə. Köhnə dost köhnə şərab kimidir, qaldıqca dadı-tamı da, keyfiyyəti və təsiri də yaxşılaşar. Dost qəlbi dənizdir, gəmilərin yön ala bildiyi tərsanədir.
Və, nəhayət, - dostu olmayan adam bu dünyada qəribdir, - deyib alman şairi Jozef Köhler...
Siz qərib olmayın!..
Xəbərin varmı heç, arxaya bax, bir ömür ötdü, təmənnasız DOSTUM!
Bu dost mənim bu gün də əminliklə üzümü üzünə, gözlərini gözlərinə dikəcəyim Raziyə xanım İmranqızıdır!..
Bu dost Cəmil müəllimin də, Şamo müəllimin də, Cahan xanımın da, Aynur xanımın da, Lalə xanımın da, Nicat qardaşımızın da, eləcə digər dostların ərk etdikləri, ərklə hər hansı işin müsbət həlli üçün müraciət etdikləri və həmin məsələnin yerinə yetirilməsinə can yandıran Raziyə xanım İmranqızıdır!
Bu dost bütün qələm əhlinin və tanınmış media işçilərinin yaxın yoldaşı, sirdaşı Raziyə xanım İmranqızıdır.
Bu dost öz nəsillərində ad-san qazanmış, özünün xeyirxahlığı, nəcib və savab işləri, əməlləri ilə sağlığında böyük nüfuz sahibi olmuş İmran KİŞİnin qızı Raziyə xanımdır.
Ucadan uca olasan, əziz dost!
Həmişə xoş soraqlarını, nəcib əməllərinin sədalarını eşidək, əziz dost!
Həmişə bir-birimizin ətrafında olaq, əziz dost!

Daşdəmir ƏJDƏROĞLU

TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR
TƏMƏNNASIZ DOSTUMUZ - FOTOLAR

Son xəbərlər

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

ÜRƏYİNDƏ LAÇINI GƏZDIRƏN, YAŞADAN QADIN - FOTOLAR

ALTI İLİN SƏSSİZ ŞAHİDİ — MƏNİM JURNALİSTİKA YOLUM

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

İmişlidə zəlzələ oldu

"Çirkin" bu tarixdə başlayır

Bir ömür boyu uzanan yardım əli — Firuzə xanım

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının X konfransı keçirilib - FOTOLAR

Azərbaycanlı həkimin uğuru - FOTOLAR

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu

Əli Nağıyev Qazaxıstana səfər edib

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

IFRC ilə görüş - FOTO

Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər

Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlandı

“Azərbaycan fərqli yol seçib” - Kamaləddin Qafarov

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930