"Bir valideyn kimi əvvəl bunu qəbul etmək çətindir. İstəyirsən övladın hamı kimi olsun. Amma zamanla başa düşürsən ki, onlar biz qoyduğumuz qaydalara deyil, biz onların qoyduğu qaydalara tabe olmalıyıq. Onları da fərqli eləyən şey budur, onların dünyaya öz baxışları var".

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aktyor Taleh Yüzbəyov deyib. O, autizmli uşaqları ilə daha çox xanımının məşğul olduğunu bildirib:

"Xatirə güclü qadındır. Qəbullana bildiyi, bu haqda danışmağa başladığı və fərqindəlik yaratmaq istədiyi üçün güclüdür. Mən çəkilişdə və işdə olanda bütün yük onun üzərində olur. Uşaqların üstündə onun əziyyəti məndən daha çoxdur. Mən bu haqda heç vaxt danışmamışam. Bu haqda necə danışmaq lazım olduğunu bilmədiyimə görə danışmamışam. Xatirə bunu bacardı. Ona görə də güclüdür.

Dünəndən bizə xeyli sayda dəstək mesajları gəlir. Bəzi şirkət və qurumlar autizmlə bağlı tədbirlərə də dəvət edirlər. Buna görə sizə təşəkkür edirəm. Bilirəm bunu siz də fərqindəlik yaratmaq üçün edirsiniz. Amma biz buna emosional olaraq tam hazır deyilik. Bu haqda danışmaq güc və böyük məsuliyyət istəyir. Biz də əlimizdən gələni bacardığımız kimi edəcəyik. Xahiş edirəm, bunu anlayışla qəbul edəsiniz".

Aktyor cəmiyyətə səslənərək autizmli uşaqlara daha həssas yanaşılmasını istəyib:

"İnsanların autizm spektoru olan uşaqlara və valideynlərinə çox vaxt yazığı gəlir. Bu çox insani hissdir. Bəzən insanlar autist uşaqların səsindən və hərəkətlərindən narahat olub, narazılıq da edirlər. Onları da başa düşmək olar. Elə bilirlər ki, uşaqlar sadəcə nadinclik edirlər. Bu istiqamətdə maariflənmə olsa əminəm onlar da anlayışla qarşılayarlar. Əsas da budur. Anlamaq və qəbul etmək. Valideynləri kimi cəmiyyət də o xüsusi uşaqları anlasa və qəbul etsə, ictimaiyyət həmin uşaqlar üçün daha təhlükəsiz və doğma yerə çevrilər. O uşaqların hamımız tərəfindən olduqları kimi qəbul olunmağa ehtiyacı var".

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930