Xəbərlər
26.10.2026, 00:15
Adilə Aslan : Mənə şair deyirlər - FOTO

Oxucuların təklifi ilə ilk dəfə bu təxəllüsdə:
Nə qədər həsrətim var
Bu yolların gözündə.
Əllərim uzanıqlı
qalmışam göy üzündə.
Ulduz alışıb yanır,
Ay doğulub baxtına.
O da on dörd günlükdür,
Çıxıb qızıl taxtına.
Hər ümid zərrəsindən
Yaşıl kəpənək ucur.
Gen açıb qollarını,
Bəxtsiz dünyanı qucur.
Öz ölçümdəm, biçimdən,
tarım çəkilmiş ipəm.
Bir toxunuş bəsimdir,
Ölüb yenidən bitəm.
Tanrı , al qanadına!
Göstər haqqı, nahaqqı.
Mənə şair deyirlər,
Deyiləm, Allah haqqı!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



