Xəbərlər
14.10.2026, 00:24
Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

PAYIZIN
Muxtar Kərimzadəyə ehtiramla
Rəssam, gəl evinə gedək payızın,
Qaldıraq bir azca yerisin deyə.
Dinləyək qəlbinin sarı simini,
Çəkək intizarın kirişin deyə..
Bir az nəğmə deyək açılsın eyni,
Libası da eyni, ruhu da eyni.
Şeirə bələyək dəyişsin əyni,
Sarı həsrətini sarısın deyə..
Özünə qayıtsın əzəl növrağı,
Yastı balabanlı, zurnalı çağı,
"Vağzalı" oynasın xallı yarpağı,
Ülvi duyğularla qarısın deyə..
Söhbətlə, söz ilə qataq başını,
Silək gözlərindən axan yaşını,
Bahara döndərək qarlı qışını,
"Qızılı" bəxtindən yarışın deyə..
Rəssam, gəl evinə gedək payızın..
12.10.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



