Xəbərlər
13.10.2026, 22:46
18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək - FOTO
ELAN:
Salam əziz saz-söz sevənlər və saz-söz adamları:
18 oktyabr 2026-cı il tarixində saat 11 00-da Badamdar qəsəbəsi EVEREST şadlıq sarayında Sarı Aşıq Ədəbi Məclisinin növbəti yığıncağı keçiriləcək. Məclisin bu dəfəki yığıncağında məclisimizin 8 (səkkiz) yaşının tamam olması münasibətilə məclisin 8 illik fəaliyyəti haqqında məclis üzvlərinə hesabat veriləcək və Sarı Aşıın həyatı haqqında danışılacaq. Ondan sonra isə Sarı Aşığın bayatılarından nümunələr səsləndiriləcək.
Hər bir iştirakçıya ayrı-ayrılıqda söz veriləcək və fikirlərini bildirmək üçün şərait yaradılacaq.
Məclisə sənətindən və peşəsindən asılı olmayaraq hər bir kəs dəvətlidir.
8 illik fəaliyyətimizdə bizə dəstək verib bu gözəl məkanın üzümüzə taybatay açdığı üçün sarayın rəhbəri hörmətli Beybala Huseyinov müəllimə, inzibati işçilər, Edalet Huseynov müəllimə, İlqar müəllimə və o cümlədən sarayın bütün əməkdaşlarına öz adımdan və məclis üzvləri adından təşəkkür edirəm.
Giriş tam sərbəstdir.
Hörmətlə:
Adil Cəfakeş.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



