Turaztv.az » Xəbərlər » Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır
Xəbərlər

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

15.10.2026, 00:06 5

Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

“Turaztv.az” Axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

Z.Rzayevin ailəsi açıqlamasında ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:

“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

Oxşar xəbərlər