İşə başlama saatı əmək məhsuldarlığına və işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Erkən saatlarda işə başlamaq hər zaman daha səmərəli işləmək demək deyil. Yuxu çatışmazlığı, yorğunluq və yolda sərf olunan vaxt həm işçilərin fəaliyyətinə, həm də ümumi iqtisadi səmərəliliyə təsir edə bilər.

Hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova "Bakupost"a bildirib ki, işçinin daha erkən işə başlaması avtomatik olaraq onun daha məhsuldar olması demək deyil. Diqqət çatışmazlığı və zehni yorğunluq məhsuldarlığı azaldan əsas amillərdəndir. Nəticədə işçi eyni vaxt ərzində daha az keyfiyyətli iş görə bilər.

İqtisadçının sözlərinə görə, işçilərin eyni vaxtda yola çıxması pik saatlarda tıxacları da gücləndirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD)

2022-ci il hesabatında da çevik iş qrafikinin məşğulluğa müsbət təsir göstərə biləcəyi vurğulanır.
Vüsalə Əhmədova qeyd edib ki, çevik iş qrafiki işçinin müəyyən edilmiş iş saatı normasını qorumaqla işə başlama və bitirmə vaxtını seçməsinə imkan verən modeldir. Bu, iş saatlarının azaldılması demək deyil. Məqsəd işin nəticəsini qorumaqla iş vaxtını və ya iş yerini daha səmərəli təşkil etməkdir.

İqtisadçı çevik iş rejiminin bir neçə formasının olduğunu bildirib. Bunlara "flextime" - işə başlama və bitirmə saatını müəyyən həddə qədər işçinin seçməsi, hibrid iş modeli - həftənin müəyyən günlərində ofisdə, digər günlərində evdən işləmək, məsafədən iş və sıxılmış iş həftəsi daxildir. Bu modellərdə həftəlik iş saatı dəyişməyə bilər, lakin işin təşkili fərqli formada qurulur.

Onun sözlərinə görə, bu modelləri bütün sahələrdə eyni dərəcədə tətbiq etmək mümkün deyil. İnformasiya texnologiyaları, bank və maliyyə, sığorta, marketinq və reklam, media, hüquq və konsaltinq, mühasibatlıq, onlayn təhsil və təlim kimi sahələr çevik iş rejimi üçün daha əlverişlidir. İstehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, səhiyyənin bir çox sahələri, polis, hərbi və fövqəladə xidmətlərdə isə bu rejimin tətbiqi daha çətin ola bilər. Çünki həmin sahələrdə onsuz da növbəli iş rejimindən istifadə edilir.

Vüsalə Əhmədova əlavə edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-90-cı maddələrinə əsasən, normal iş vaxtı, ümumi qayda olaraq, gündə 8 saatdan, həftədə isə 40 saatdan artıq müəyyən edilə bilməz. Məcəllənin 95-ci maddəsinə görə, iş vaxtının başlanması və başa çatması, fasilələr və iş rejiminin digər elementləri daxili intizam qaydaları, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Bu müddəalar çərçivəsində işəgötürənlər müvafiq hüquqi tələblərə əməl etməklə iş saatlarını uyğunlaşdıra bilərlər.

Son xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031