Mən bu yazımı Şirin Mirzəyev haqqında məndən öncə yazılan çoxsaylı yazılardan istifadə edərək davam etdirə bilərdim. Ancaq bu, mənim yazım olmazdı. İndi də, gələcəkdə də Şirin Mirzəyev həmişə anılacaq, xatırlanacaq, haqqında daha mükəmməl əsərlər yazılacaq.

Mən Şirin Mirzəyev şəxsiyyətinə Hacı Əkbər Rüstəmovun gözü ilə baxmaq, onu Əkbər müəllimin qəlbi ilə xatırlamaq istəyirəm. Hər bir əsgər öz komandirinin nə düşündüyünü, necə hərəkət etdiyini seyr etdikcə, ona oxşamağa, onun kimi hərəkət etməyə çalışır.
Bəli, Şirin Mirzəyev Ağdama təsadüfi gəlmədi. O, peşəkar hərbçi kimi Dağlıq Qarabağ məsələsində Ağdamın çox böyük strateji əhəmiyyətə malik olduğunu yaxşı bilirdi. Bir Qarabağlı kimi, ermənilərin Ağdam şəhərinə təcavüzünü qəbul edə bilmirdi. Ona görə də Ağdamın müdafiəsinə qalxmağı, burada peşəkarlıqla hərbi iş təşkil etməyi özünün ən vacib həyat yolu kimi seçdi. Şirin Mirzəyev bir hərbçi kimi dərk edirdi ki, Ağdam işğal olunsa, bu, Qarabağ üçün böyük fəlakət olacaq.

Bildiyiniz kimi, o zaman Qarabağ ətrafında böyük siyasi oyunlar gedirdi. Çoxları bu siyasi oyunlardan yararlanaraq, özünə karyera qurmaq istəyirdi. Lakin Şirin Mirzəyev heç bir siyasi oyuna qoşulmadan, bir Vətən əsgəri kimi öz vəzifəsini icra edirdi. O, Ağdamdakı xidməti dövründə Vətənin sədaqətli əsgəri olmuş, yüzlərlə soydaşımızı erməni silahlı birləşmələrinin vəhşi caynağından xilas etmişdi. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad olunmuşdu.
Çox təəssüf ki, onun hərbi xidməti 1992-ci il iyunun 18-də başa çatdı. O, Əliağalı kəndi ilə Yeni Qaralar kəndlərinin müdafiə zolağına baş çəkmək, Sırxavəndə yollanmış kəşfiyyatçılarla rabitə yaratmaq və zirehli texnikanın mövqeyini müəyyənləşdirmək məqsədilə döyüş bölgəsində hərəkət edərkən düşmənin basdırdığı minaya düşdü. Ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
Əkbər müəllim “Xatirələr yaşadır məni” kitabında Milli Qəhrəmanımızı belə təsvir edir:
“Şirin Mirzəyev hündürboylu, təbiətcə sakit görünən, ancaq daxilində həmişə narahatçılıq keçirən bir hərbçi, bir komandir idi. Onun üçün torpaqların qorunması, insanların düşmən əlinə keçməməsi və milli ideya hər şeydən vacib idi.
Qərargahda oturub söhbət edirdik. Birdən ayağa qalxıb çölə çıxdı, sonra tez də geri döndü:
– Payızda ulduzlar görünmür. İndi bu dünyada qaçhaqaç, qovhaqovdur. Tez bir zamanda Milli Ordumuzu gücləndirməsək, çox çətin olacaq. Bir azdan hər yerə burunlarını soxacaqlar. Təbliğatlarını gücləndirəcəklər, rus ordusundan maksimum istifadə edəcəklər”.
Mən bu yazımda Əkbər müəllimlə Şirin Mirzəyev arasında olan söhbəti tamam təkrarlamaq niyyətində deyiləm. Amma "Xatirələr yaşadır məni" kitabında yer alan bu sətirləri əlavə etməyi özümə borc bilirəm:
“– Nə edim? Görünür, mən də bu dünyaya gəlmişəm ki, Vətənimin haqq-ədalət uğrunda apardığı mübarizəyə qoşulum, elə sən də, səngərdəkilər də. Elə götürək səni. Üç oğlunla vuruşmalı olmusan. Ortancıl oğlun Sənan mənim yanımda, iki oğlun səninlə birlikdə səngərdə vuruşurlar. Bax, bu, fenomendir.
– Vuruşmaq bu gün hamımızın vəzifəsidir. Dünyanın gözü önündə ölkəmizə hücumlar olur. Sanki əlçatmaz, ünyetməz bir planetdəyik, ya heç kimin xəbəri yoxdur, ya özləri belə istəyirlər…”
Səhifəni çevirirəm. Gözlərimin önündə yarımqaranlıq qərargahda oturub söhbət edən iki nəfər canlanır. Belə səhnələri Sovetlər Birliyinin çəkdiyi filmlərdə çox görmüşük. Lakin o filmlərdən fərqli olaraq, bu söhbətdən sonra ümumi hücum barədə heç nə yazmayacağam. Çünki o azman o hücum olmadı. Azərbaycan Milli Ordusunun Ağdamda yaradılan ilk özünümüdafiə batalyonunun belə bir hücum təşkil etməyə elə bir gücü yox idi. Lakin ürəklərə, düşmənə bəslənən nifrət hissinin toxumları əkilirdi. Nə vaxtsa bu toxumlar cücərib çıxacaqdı.

Vahid Çəmənli
28.08.2026

Son xəbərlər

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

"Payızda ulduzlar görünmür" Şirin Mirzəyev və HaciEkber Rustamov

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31