" *İncə fikirlər"* layihəsinin növbəti qonağı
Turan Yazarlar Birliyinin üzvü, "Sarı Aşıq" Sazlı-Sözlü Borçalı Ədəbi Məclisinin üzvü, "Zim.az" portalının redaktoru, "Qızıl Qələm" və "Zəfər" Media Mükafatları, "TYB"nin xüsusi ödülü, "Həməşəra" Fəxri Diplomu, "Tomris" ödülü və "Turan Ödülü" laureatı, bədii qiraətçi, yazıçı-şair Hicran Fuad Əhmədlidir.


*.Hicran Fuad Əhmədli özünü kifayət qədər tanınmış hesab edir?*

Dəyərli Atlaz xanım, ilk olaraq sizi salamlayıram və bu yeni layihə münasibətilə təbrik edirəm.
Mən düşünürəm ki, müəyyən qədər tanınıram.Ötən gün avtobusda bir alim xanım mənə: "Üzünüz mənə tanış gəlir" -dedi.(Bu halla tez-tez qarşılaşıram)Mən isə fürsətdən istifadə edib yanımda olan kitabımı ona hədiyyə etdim. Çünki istəyim odur ki, oxucularım yaradıcılığımı da tanısınlar.

*Ədəbiyyat sahəsində tanınmaq Hicran xanıma hansı üstünlükləri verir?*

Mən özümü əsla üstün hesab etmirəm. Əksinə, mən özümü ədəbiyyata bütün varlığı ilə xidmət edən hesab edirəm.

*Söz insanı ucaldır, yoxsa insan sözü?*

Hər iki hal ola bilər. Amma insan sözü ucaldarsa, ələlxüsus da bu yazarlara aiddir, həm dilimiz inkişaf edər, həm də söz yaşayar.

*Sizi ədəbiyyata gətirən nədir?*

Yaxşı sualdır...Mənim qan qohumlarımda 5 yazar olub. Mən 4-cüyəm. Düşünürəm ki, irsi hal da önəmli rol oynayır. Amma suala gəlincə, təbii ki, ədəbiyyatı sevməyimlə yanaşı ruhumun təlatümü...

*Sizcə şeirdən imtina etmək münkündür?**

Mən bunu dəfələrlə yoxlamışam. Yaradıcılığımı və istedadımı bütünlüklə nəsr əsərlərim üzərinə yönəltmək istəmişəm. Amma ilhamım buna imkan verməyib.

*Cəlilabad ədəbi mühitinin xanım yazarı kimi digər bölgə ədiblərinə necə nümunə olmusunuz?*

Mən əslində Bakı ədəbi mühitində fəaliyyət göstərirəm. İlk addımım da böyük ərazi mühitini əhatə edib. Bu mühitdə ölkəmizin demək olar bütün bölgələrindən olan ədiblərinin sırasında öz yerimi tutmağı mənə elə gəlir ki, bacarmışam. Çalışmışam ədəbiyyata düzgün mövqedən yanaşım.

*Şeirə sözə ehtiyatla yanaşırsınız, yoxsa etibarla?*

"Ehtiyat igidin yaraşığıdır" atalar deyib. Amma, onun məni hələ neçə yüz, bəlkə də min illərə aparacaqına da ümid edirəm.

Şeirlərinizi nə sevdirir?

İstəyirəm bu suala bir mənalı cavab verəm. Hər bir şeirimdə yalnız öz ruhumun olması.

*Sizcə şeir yazmaq üçün hansı zaman önəmlidir?*

Sakit məkan və ruhunla baş-başa qaldığın zaman.

*Şeirdə duyğu, yoxsa texnika? Hansı daha önəmlidir* ?

Əlbəttdə ki, duyğu daha önəmlidir. Şair heç vaxt ilkin olaraq nəzəriyyəni düşünməz.Amma hər bir yazarın hər ikisindən də anlayışı olarsa, möhtəşəmlik də o zaman olar.
Son olaraq, əziz Atlaz xanım, bu müsahibəyə görə sizə təşəkkür edirəm, uğurlar arzulayıram.

" *İncə fikirlər"* layihəsinin növbəti qonağı
Hazırladı
Atlaz Rzayi

Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və "Nizami Gəncəvi" Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, "Tomris" və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031