"İncə fikirlər" layihəsinin İlk qonağıTuran Yazarlar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Ziyadar" Mükafatı, "Turan Ödülü", TYB-nin xüsusi ödülü və "Tomris" Ödülü laureatı, şair Sevinc Şirvanlı.


Sizcə geniş təqdimat sizin haqqınızda çox söz deyir? Yoxsa, sadəcə Sevinc Şirvanlı ?

Mənə qalsa Sevinc Şirvanlı, bəzən insanlarda Şirvanlı təxəllüsü maraq doğurur deyə, təqdimata ehtiyac var, çünki çox vaxt bu sual ilə qarşılaşıram. Cəlilabadda anadan olmusan, niyə Şirvanlı təxəllüsünü götürmüsən? Bunu izah etmək üçün təqdimata ehtiyac var.

Ədəbiyyatda olma səbəbiniz. Daxili ehtiyac yoxsa daxili məcburiyyət?

Nə ehtiyac, nədə məcburiyyət. Allahın mənə bəxş etdiyi fitri istedad.

Sizi kim təqdim edəndə daha çox sevinirsiniz ?

Şəxsiyyətə və insanlığa daha çox önəm verən, bir insan olsun yetər

Daha çox kitab yazmaq yoxsa oxumaq. Hansı daha yaxşıdır ?

Hər ikisi önəmlidir.Mənim üçün daha çox kitab yazsan, əbədi yaşar olacaqsan. Daha çox kitab oxusan, intellektual səviyyən başqalarından çox olacaq.

Ədəbiyyatın ədəbi, işığı yolunuzda hansı izlər buraxıb?

Çox yerdə özümə qarşı hörmət görmüşəm.

Cəlilabad ədəbi mühitinin xanım yazarı olmağın üstünlükləri .

Fəxr edirəm ki, Cəlilabad əbədi mühitində mənimdə imzam var və bu mənim üçün üstünlükdür.

Sizcə ağrılar sözə çevrilir? Yoxsa, söz ağrıya?

Bəzən hər ikisi olur.Ağrını tək çəkəndə sözə çevrilir. Bəzəndə belə olur, çəkdiyin ağrını başına qaxınc edəndə, kənardan o zaman söz ağrıya çevrilir.

Sirrinizi açan şeirləriniz olub ?

Mən bütün həyatımı, sirrimi elə şeirlərimdə bölüşürəm və "Yazdığım bu şeirlər", adlı şeirimdə belə yazıram:

"Mən dərdimi deməyə
Axtarmıram qohum, yad.
Ruhum edəndə fəryad
Harayıma gəlirlər,
Yazdığım bu şeirlər."



Hansı mövzuda yazmaq daha ağırdır?

Mənim üçün bütün mövzular ağırdır, çünki şeir mənim üçün ən ali dəyərlərdən biridir və məsuliyyətlidir

Sizcə, şeir külək kimidirmi ?

İlham pərisi gələndə şeir külək kimi olur. Necə ki, düşüncələrini ağ kağıza köçürtdün, o zaman külək əsib keçir. Şeir isə əbədi qalır. Şeir məncə, külək deyil. O dünyamı nura qərq edən günəş kimidir.
Sonda qonağı olduğum "İncə fikirlər" layihəsinin rəhbəri əziz bacım, dəyərli həmkarım Atlaz xanım Rzayiyə öz dərin minnətdarlığımı bildirirəm bu müsahibəyə görə.

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı
Atlaz Rzayi
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və "Nizami Gəncəvi" Fəxri Diplomları,
“Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, "Tomris" və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair

Son xəbərlər

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31