Hicran Fuad Əhmədli

Mənim düşüncə tərzimə görə insanda, insani keyfiyyətlər hər şeydən öndə durmalıdır.Təbii ki, hər birimiz insanıq...Amma həyatda elə insanlarda var ki, xüsusilə seçilirlər.Həm də belə insanlar dövrümüzdə barmaqla sayılacaq qədər azdır desək, yanılmarıq.Hesab edirəm ki, insan olmaq üçün göstərilən keyfiyyət dərəcəsi kifayət etmir.Məsələnin kökündə keyfiyyətlərlə yanaşı, mənəvi aləmin zəngin olması da labüddür.Bu isə bir çox insanlara yük kimi görünə bilər.Eyni zamanda məsuliyyət də tələb edir.Elə bu nöqteyi-nəzərdən də insanlar bu yükü çəkməz istəməz.İmkanlarını özünə və ya digər amillərin mövcudluğundan müəyyən istiqamətlərə yönəldə bilər...
Bir neçə il əvvəl AYB-nin Natəvan zalında tədbirə dəvətli idim.Bu zaman hörmətli ziyalımız Daşdəmir Əğdəroğlu mənə yaxınlaşıb soruşdu:"Siz Hicran Əhmədli deyilsiz?" Cavabım:"Bəli, mənəm" oldu.Elə bu an məlum oldu ki, aylar əvvəl Cəmil müəllim Zəbhulla mənim şeirimi baş redaktoru olduğu Turaztv.az saytında işıqlandırıb.Mənim isə bundan heç xəbərim olmayıb.Fb platformasında şeirimi görüb, bəyənib və məni tanımadan bu yüksək keyfiyyəti özündə təzahür etdirən nümunəvi addımı atıb.Mənə bunu hörmətli Daşdəmir müəllim ərz edəndə, bir anlıq nə deyəcəyimi bilmədim.Həm təşəkkürümün gecikdiyinə görə sözün açığı utandım, həm də insani keyfiyyətlərin azaldığı zamanda qarşımda əsil insan, əsil ziyalı, şəxsiyyət gördüm.Əlbəttə ki, indiki zaman üçün paylaşımdan xəbəriz olmaq çətin məsələ deyil.Amma hörmətli Cəmil müəllimin səssiz durması onun mənəvi aləminin böyüklüyünün göstəricisidir.

Cəmil müəllimin rəhbərliyi ilə fəaliyyət göstərən "Ədalət və həqiqət"qəzeti, "Turaztv.az.saytı məhz xalqa, millətə, eləcə də ədəbi mühitdə gənc yazarlara deyərdim ki, işıqlı bir yoldur.
O, vətənpərvərlik, ictimai-siyasi mövzulara geniş yer ayıran, milli-mənəvi dəyərlərimizi unutmayan əvəzsiz ziyalıdır.Onun mətbuatda göstərdiyi xidmətlər gənc nəslin əxlaqi və tərbiyəvi yetişməsində böyük rol oynayır.
Sözsüz, Cəmil Zəbhulla haqqında daha çox danışmaq, hətta mürəkkəbi tükətmək olar.Amma mən bu gün hörmətli Cəmil müəllimin qarşıdan gələn, ləyaqətlə xidmətində durduğu 65 ilini ürəkdən təbrik etmək istəyirəm.Onun bu şərəfli, rəngarəng ömür yollarının daha da uzun illərə getməsini arzu edirəm.Ona can sağlığı, yaradıcılıq uğurları arzu edirəm.
Hörmətli Cəmil müəllim, nə yaxşı ki, varsız! Hər zaman var olun!

ZƏBHULLA ÖMRÜ.

Şəninə təriflər söyləsəm azdır,
İşıqlı bir nurdur, bahardır, yazdır.
Qələmim deyir ki, şeirinə yazdır,
Rəngarəng ömürdür, Zəbhulla ömrü.

Gənclərə yol açan, inam yaradan,
Seçilmiş insandır, deyir Yaradan.
Misra-misra seçir ağı qaradan,
Rəngarəng ömürdür, Zəbhulla ömrü.

İnsanlıq özündən irəli durur,
Nadanlar tapanda bəzən də yorur...
Sevənlər onunla duymazmı qürür?
Rəngarəng ömürdür, Zəbhulla ömrü.

Ay Cəmil müəllim, var sizə sözüm,
Təşəkkür borcluyam elə mən özüm.
Keçdiyiz yollara baxarsa gözüm,
Rəngarəng ömürdür, Zəbhulla ömrü.

Son xəbərlər

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930