
Xəbərlər
16.02.2022, 22:19
NƏDİR - Solmaz Şirvanlı
NƏDİR
Hələ ölməmişəm,çox şükür sağam,
Vətənin qızıyam,ən uca dağam,
Mən bahar fəsliyəm,yaşıl yarpağam,
Məni görməzlikdən gəlməyin nədir?
Gəl elə sanma ki,duymuram səni,
Ahımdan ölməyə qıymıram səni,
Tanıtdın özünü,öymürəm səni,
Atdığın qarmağın,ilməyin nədir?
Çəkinib qorxan çox doğru sözümdən,
Alışıb yanarsan çınqı,közümdən,
Şeytanlıq tökülür gördüm üzündən,
Hiyləgər iblistək gülməyin nədir?
Doğruluq, düzlükdür amalım mənim,
Yandırıb coxların camalım mənim,
Başımda var ağlım,kamalım mənim,
Mənə qismət payın bölməyin nədir?
Peşiman olarsan öz əməlindən,
Mayan da haramdır,lap təməlindən,
Kimə tor toxudun naqis əlindən,
Yalandan göz yaşın silməyin nədir?
Solmazam,çox şeylər əyandır mənə,
Kimsə deyə bilməz dayan,dur mənə,
Ey Rəbbim al-yaşıl boyandır mənə,
Deyim xain kəsə ölməyin nədir,
Yalandan üzümə gülməyin nədir?
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
16-02-2022
Hələ ölməmişəm,çox şükür sağam,
Vətənin qızıyam,ən uca dağam,
Mən bahar fəsliyəm,yaşıl yarpağam,
Məni görməzlikdən gəlməyin nədir?
Gəl elə sanma ki,duymuram səni,
Ahımdan ölməyə qıymıram səni,
Tanıtdın özünü,öymürəm səni,
Atdığın qarmağın,ilməyin nədir?
Çəkinib qorxan çox doğru sözümdən,
Alışıb yanarsan çınqı,közümdən,
Şeytanlıq tökülür gördüm üzündən,
Hiyləgər iblistək gülməyin nədir?
Doğruluq, düzlükdür amalım mənim,
Yandırıb coxların camalım mənim,
Başımda var ağlım,kamalım mənim,
Mənə qismət payın bölməyin nədir?
Peşiman olarsan öz əməlindən,
Mayan da haramdır,lap təməlindən,
Kimə tor toxudun naqis əlindən,
Yalandan göz yaşın silməyin nədir?
Solmazam,çox şeylər əyandır mənə,
Kimsə deyə bilməz dayan,dur mənə,
Ey Rəbbim al-yaşıl boyandır mənə,
Deyim xain kəsə ölməyin nədir,
Yalandan üzümə gülməyin nədir?
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
16-02-2022
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












