1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü dövlətçilik tariximizin, milli kimliyimizin və mədəni irsimizin qorunması baxımından mühüm rəsmi-tarixi günlərdən biridir. Dil hər bir millətin varlığını şərtləndirən, onun tarixi yaddaşını yaşadan və mədəni irsini gələcək nəsillərə ötürən ən qüdrətli vasitə, Azərbaycan dili isə xalqımızın çoxəsrlik ictimai-siyasi, fəlsəfi və mədəni təkamül proseslərindən keçərək formalaşmış milli mənsubiyyət amilidir. Bu mürəkkəb və şərəfli tarixi inkişaf yolu xalqımızın yazı sisteminin və dil siyasətinin də rəsmi şəkildə formalaşmasını labüd edib. XX əsrdə xalqımızın əlifba sistemi bir neçə dəfə dəyişdirilsə də, tarixi-mədəni köklərə bağlılıq qorunub saxlanılıb. Sovet imperiyasının ruslaşdırma siyasətinin təzyiqləri altında ana dilimizin qorunması və dövlətçilik statusu qazanması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ SSRİ dövründə ciddi ideoloji təzyiqlərə baxmayaraq, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddənin daxil edilməsi milli intibah tariximizin mühüm hadisələrindən biri olub. Ulu Öndər həmin illərdə ziyalıları, yazıçıları və dilçi alimləri himayə etməklə gələcək müstəqil dövlətçiliyin dil təməllərini formalaşdırıb.

Bu fikirlər Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun AZƏRTAC-a təqdim etdiyi “Milli kimliyin və dövlət suverenliyinin strateji atributu: Azərbaycan dili və əlifbamız” adlı məqaləsində yer alıb. Məqalədə bildirilib ki, müstəqilliyimizin bərpasından sonra latın qrafikalı Azərbaycan əlifbasına tamamilə keçilməsi və bu strateji addımın hüquqi müstəvidə möhkəmləndirilməsi məhz həmin sarsılmaz dövlətçilik iradəsinin məntiqi davamı olub. Ulu Öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman ölkədə dil siyasətinin fundamental konturlarını müəyyən edərək, avqustun 1-ni milli-mənəvi bütövlüyümüzün simvoluna çevirib.


Ulu Öndərin əsasını qoyduğu dil siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün və qloballaşma əsrinin çağırışlarına uyğun şəkildə davam etdirilir. Qloballaşma şəraitində dillərin xarici təsirlərə məruz qalması fonunda Azərbaycan dilinin saflığının qorunması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” bu istiqamətdə mühüm mərhələ olub. Dövlətimizin başçısının 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Prezident İlham Əliyev dil siyasətini milli təhlükəsizlik və dövlətçilik amili kimi qiymətləndirərək bildirib: “Dil dövlətçiliyin əsas atributlarından biridir... Xarici kəlmələr dilimizi pozur... Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək”.

Bu gün Azərbaycan dili zəngin daxili potensialı, çevik qrammatik quruluşu və musiqili fonetikası ilə dünyada milyonlarla soydaşımızın vahid ünsiyyət və mənəvi həmrəylik vasitəsi kimi çıxış edir, müxtəlif ölkələrin ali təhsil müəssisələrində tədris olunur. 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü isə dövlət səviyyəsində qorunan bu irsin yaşadılmasının hər bir vətəndaşın, ziyalının, gəncin və media nümayəndəsinin mənəvi məsuliyyəti olduğunu bir daha xatırladır. Ana dilimizi sevmək, onu düzgün təbliğ etmək və gələcək nəsillərə ötürmək müstəqil Azərbaycanın tərəqqisinə verilən ən böyük töhfələrdən biridir.

Son xəbərlər

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31