Milli varlığın inkişafında mühüm rol oynayan dil mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Hər millətin inkişafında ən mühüm varlıq və yaşanma amili olan dilin müstəsna rolu vardır. Bu amillər nəzərə alınaraq hər bir xalq öz milli dilini qorumalı, inkişaf etdirməlidir. Dilin zaman-zaman hərtərəfli inkişaf etməsi və zənginləşib dolğunlaşması, tarixi şəxsiyyətlərin, qüdrətli dövlət başçılarının adı ilə də sıx bağlıdır. Ümummili lider Heydər Əliyev belə tarixi şəxsiyyətlərdəndir.

Azərbaycan dili tarixən çətin və mürəkkəb dövrlərdən keçmiş, bəzən siyasi və ideoloji təzyiqlərlə üzləşmişdir. Azərbayan dövlətinin müxtəlif tarixi dövrlərdə bir sıra dövlətlərin müstəmləkəsinə çevrilməsi onun milli kimliyini, adət-ənənəsini və dilini qoruyub saxlayaraq yeni nəsillərə ötürməsi prosesində çox çətinliklər yaratmışdır. Çətinliklərə baxmayaraq xalqımız heç vaxt öz kökündən və dilindən uzaqlaşmamışdır. Sövet hakimiyyət illərində Azərbaycan dilinə edilən hücumlar və milli kimliyimizin ifadə vasitəsi olan ana dilimizin yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dilimiz nəinki qorunmuş, hətta yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur.Sovet İttifaqının tərkibində olan digər respublikalar kimi Azərbaycan da rus dilinin hegemonluğu altında idi.

Belə bir vaxtda, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində Azərbaycan dili rəsmi dövlət dili statusu qazanmışdır. Bu, o dövr üçün böyük tarixi qələbə idi. Çünki SSRİ-nin bəzi respublikalarında yerli dillərin rəsmi statusu təmin olunmamışdı. Azərbaycan dilində millətimizin varlığı, onun tarixi keçmişi, mədəni və mənəvi dəyərləri yaşadılır. Ulu öndər Heydər Əliyev bu həqiqəti dərindən anlayır və bütün siyasi fəaliyyətini Azərbaycan dilinin qorunması və inkişafına yönəldirdi.

Onun rəhbərliyi dövründə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dilçilik sahəsində fundamental araşdırmalar aparılmış, yeni lüğətlər, qrammatika qaydaları və elmi əsərlər hazırlanmışdır. Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə AMEA-nın Dilçilik İnstitutu geniş fəaliyyətə başlamış, Azərbaycan dilinin tarixini, dialektlərini, lüğət tərkibini və qrammatik strukturunu öyrənən tədqiqatlar intensivləşmişdir. Ulu öndərin dəstəyi ilə 1970-1980-ci illərdə Azərbaycan dilçiliyi sahəsində mühüm əsərlər nəşr olunmuş, fundamental terminoloji lüğətlər hazırlanmışdır. Eyni zamanda Ulu öndərin rəhbərliyi ilə həmin illərdə həm də Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti genişlənmiş, ədəbiyyatın inkişafına xüsusi diqqət yetirilmişdir.

Ulu Öndər Heydər Əliyevin ana dilimizə diqqət və qayğısı müstəqil Azərbaycana rəhbərlik etdiyi bütün illərdə davam etdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dahi şəxsiyyətin bilavasitə rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinə yanaşması, onun işləkliyi yönündə həyata keçirdiyi tədbirlər dahi şəxsiyyətin tarixi missiyası idi. O, dilimizi yalnız keçmişin bir mirası kimi deyil, gələcəyin aparıcı qüvvəsi kimi qorudu və möhkəmləndirdi. Bu gün Heydər Əliyevin dil siyasətinin bəhrələrini hər yerdə görürük. Azərbaycan dili dövlətimizin bütün sahələrində istifadə olunur, beynəlxalq səviyyədə tanınır və müasir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. Ümummilli Lider gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə edərək demişdir: "Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq."

Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Gəlin sərvətimizi qoruyaq və gələcək nəsillərə təbliğ edək.
Sirus Səfərov – Masallı rayon Qodman kəndi

Son xəbərlər

Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb

İldırım Əlişoğlu : İSMAYILLI dağları yazdlrdı bunu... - FOTO

Prezidentin qızları bulvarda festivalda - Fotolar

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Xatirə İsmayılova : Ailə müştərək həyatdır… - FOTO

Muğamın sehri, sənətin ucalığı - FOTO

XATİRƏ İSMAYILOVA : 26 İyun Silahlı Qüvvələr Günü

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Tramp İranı yenidən atəşkəs rejimini pozmaqda ittiham edib

Seneqal - İraq matçındailk hissə yekunlaşdı

Yayda hansı mələk rəqəmi sizə yol göstərəcək? - Doğum ayına görə PROQNOZ

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

"Neftçi" slovakiyalı hücumçunu transfer etdi

Azanı qadağan etməyə hazırlaşırlar

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

Mən səni eradan əvvəl sevmişəm - FOTO

Məşhur aktyor “Yeraltı”dan getdi - FOTO

"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930