
Xəbərlər
18.09.2026, 09:36
Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Misli Premyer Liqasında VI tura bu gün start veriləcək.
İlk oyununda "Neftçi" "Qəbələ"nin qonağı olacaq.
Qarşılaşma saat 17:30-da start götürəcək.
Paytaxt təmsilçisi hazırda 12 xalla ikinci, bölgə klubu 4 xalla səkkizinci pillədə qərarlaşıb.
Bu matç həm də "Neftçi"nin Azərbaycan çempionatları tarixindəki 1000-cü oyunu olacaq.
Günün ikinci görüşündə "Qarabağ" "Şəfa" ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 19:45-də başlayacaq. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 10 xalla üçüncü, "Şəfa" 3 xalla onuncudur.
Misli Premyer Liqası
I dövrə, VI tur
18 sentyabr
17:30. "Qəbələ" – "Neftçi"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu
19:45. "Qarabağ" – "Şəfa"
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tofiq Bəhramov adına Respublika stadionu
Xatırladaq ki, turun digər matçları sentyabrın 19-20-də keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

