
Xəbərlər
29.12.2021, 19:38
MƏNİ - Solmaz Şirvanlı
MƏNİ
Mənə ürək verən,həm dirək olan,
Bir qardaş qayğısı saxlayır məni!
Səsindən ruhuma məlhəm alıram,
Hər gündə neçə yol yoxlayır məni!
Nadanlar əliylə sınan ürəyim,
Dosta da,yada da yanan ürəyim,
Qanmaz ucbatından donan ürəyim,
Fələk can almağa haxlayir məni.
Zorla yaşadıram özüm özümü,
Dikmisəm yollara hələ gözümü,
Yazıb-demədiyim şeir-sözümü,
Saxta diplomlular xıxlayır məni.
Saxta kagizları zərlə bəzəyib,
Deyib danışanın ağzın gözəyib,
Əyrini-üyrünü elə düzəyib,
Dinirəm ağzımı bağlayır məni!
Solmazam, dərdimi dağ da götürməz,
Əkib sulasam da torpaq bitirməz,
Vicdanı olan kəs əmək itirməz,
Görən kəs halımı ağlayır məni!
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
29-12-2021
Mənə ürək verən,həm dirək olan,
Bir qardaş qayğısı saxlayır məni!
Səsindən ruhuma məlhəm alıram,
Hər gündə neçə yol yoxlayır məni!
Nadanlar əliylə sınan ürəyim,
Dosta da,yada da yanan ürəyim,
Qanmaz ucbatından donan ürəyim,
Fələk can almağa haxlayir məni.
Zorla yaşadıram özüm özümü,
Dikmisəm yollara hələ gözümü,
Yazıb-demədiyim şeir-sözümü,
Saxta diplomlular xıxlayır məni.
Saxta kagizları zərlə bəzəyib,
Deyib danışanın ağzın gözəyib,
Əyrini-üyrünü elə düzəyib,
Dinirəm ağzımı bağlayır məni!
Solmazam, dərdimi dağ da götürməz,
Əkib sulasam da torpaq bitirməz,
Vicdanı olan kəs əmək itirməz,
Görən kəs halımı ağlayır məni!
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
29-12-2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













