
Xəbərlər
16.12.2021, 01:10
Solmaz Şirvanlı: DÖZMÜR ÜRƏK
DÖZMÜR ÜRƏK
Gözüm yolda gəlisinçin,
Çox darıxdım gülüşünçin
Hər arzumu bilisinçin,
Həsrətinə dözmür ürək!
Ehtiyacım var sözünə,
Heç nəyə yox tək özünə,
Yandırdın həsrət közünə,
Möhnətinə dözmür ürək.
Bu qədər sitəmmi olar,
Həsrətdən gül rəngim solar,
Ayrılıqdan gözüm dolar,
Xiffətinə dözmür ürək.
Bir cavab ver üzüm gülsün,
Şerim-nəğməm,sözüm gülsün,
Razısanmı,Solmaz ölsün,
Xidmətinə bezmir ürək.
Solmaz Şirvanlı
15-12-2021
Gözüm yolda gəlisinçin,
Çox darıxdım gülüşünçin
Hər arzumu bilisinçin,
Həsrətinə dözmür ürək!
Ehtiyacım var sözünə,
Heç nəyə yox tək özünə,
Yandırdın həsrət közünə,
Möhnətinə dözmür ürək.
Bu qədər sitəmmi olar,
Həsrətdən gül rəngim solar,
Ayrılıqdan gözüm dolar,
Xiffətinə dözmür ürək.
Bir cavab ver üzüm gülsün,
Şerim-nəğməm,sözüm gülsün,
Razısanmı,Solmaz ölsün,
Xidmətinə bezmir ürək.
Solmaz Şirvanlı
15-12-2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











