Ədəbiyyat sevgisi insanı təkcə oxuyan bir varlıq etmir, onu formalaşdırır, məqsədi üçün müəyyənləşdirdiyi istiqamətə yönlədir, düşüncəsini və dünya görüşünü dəyişir. Onu həmişə düşünən edir. Ruhuna yaradıcılıq toxumu səpr və cücərməsinə şərait yaradır...

Biz, Beydulla Gəraylı ilə məhz ədəbiyyat sevgisinin işığında "Ağsu Yazarları" Ədəbi Birliyində görüşmüşdük. Elə o vaxtdan da onun yaradıcılığını hər bir zaman sevə-sevə izləmişəm. Çünki, ədəbiyyat insana həmdə öz daxili fəryadını tanımağıda öyrədir. Bütün bunlarla yanaşı ədəbiyyat real həyatda insan münasibətlərini gücləndirir.
Şair və şeir haqqında danışılanda belə bir fikir səsləndirirlər:
Tanrının qismət etdiyi ilhamı ilə duyğusunu poetik fikirə salan insana - şair ;
Fikrini sözlə obrazlı, ritimə uyğun ahənglişdirib bədii ifadə edilən formasına isə - şeir deyilir.
İslam alimi Ataullah İsgəndər isə deyir:-"Deyilən hər söz içindən çıxdığı qəlbin qiyafəsini içində daşıyar".
Bəli, dəyərli şairimiz Beydulla Gəraylının da iç qiyafəsin onun şeirləri daşıyır. Çünki həmişə Beydulla Gəraylının yazıb paylaşdığı şeirlərdə ciddi daxili ağrı, xalq ruhu və publisistik nəfəs duymuşam. O, bildiyimə görə uzun müddət qürbət eldə yaşayıb, işləyib, yaradıcılıqla məşğul olub. Onun üçün vətən məfhumu həmişə qürbət xilsətində olub. Güclü sevgi anlayışında qəlbində yaşayıb.

Elə bu ağrının içində onun dünya haqqında yazdığı bütün poetik fikirlərində dünyanın mənəvi aşınması, insanın tənhalığı və haqq axtarışı mövzularını poetik dillə verməsi klassik aşıq düşüncəsi ilə çağdaş narahatlığın gözəl vəhdətini yaratdığın görmüşəm.
Bu gün, bu yazı üçün, dəyərli şairimiz Beydulla Gəraylıdan seçib götürdüyüm bu üç - “DÜNYANIN” və “NƏRD DÜNYASIDIR”, "GƏTİR MİZAN TƏRƏZİNİ"- şeirləri üzərində yuxarıda söylədiklərimə imkan düşdükcə aydınlıq gətirəcəm. Beydullanın yaradıcılığında bir əsas xətt özünü həmişə büruzə verir. O, yaradıcılığında həm klassik aşıq poeziyasından, həm də çağdaş insanın daxili narahatlığının izlərindən danışa bilir.
Yuxarıda seçdiyim şeirlərində dünyanın mənəvi aşınması, insan münasibətlərinin dəyişməsi, mərdliyin azalması və haqq uğrunda mübarizə motivləri ön plandadır. Xüsusilə “Gəraylı” təxəllüsünün işlənməsi şairin dərdini şəxsiləşdirir və poetik etiraf təsiri yaradır.
"Dünyanın" - şeiri, şairin çağdaş dünyamızın mənəvi durumuna yazılmış fəlsəfi və ictimai bir ağıdır. Şair həyatın keçiciliyini, insan münasibətlərindəki soyumanın və dünyanın ədalətsiz quruluşunu dərdli bir dillə təqdim edir.

"Kim bilir axırı necə olacaq,
Bu başı bəlalı,yazıq dünyanın.
Hərə bir tərəfə dağılışacaq,
Olacaq dövranı pozuq dünyanın."


Şeir elə ilk misradan sualla başlayır. Bu sual sadəcə bir şair maraqı yox, bu dünyanın insanı olaraq ümidsizlik və nigarançılıq iradəsindən irəli gəlir. “Başı bəlalı, yazıq dünya”- ifadəsi isə şairin düşüncəsinə görə dünyanın ağır bir yük altında olduğunu göstərir. İnsanların - “bir tərəfə dağılışması”- həm fiziki ayrılığı, həm də mənəvi parçalanmanı simvolizə edir. “Dövranın pozuq olması” - isə ictimai nizamın, əxlaqın və insani münasibətlərin aşındığını bildirir.

"Hər kəsin başında bir fikir yaşar,
Hərə bir mənsəbə,ada çalışar.
Doğması yadlaşıb,yada qarışar,
Min yerdən ürəyi qazıq dünyanın."


Burada şair insan ehtiraslarını tənqid edir. Hamı mənsəb, şöhrət, ad arxasınca qaçır. Bu yarışın nəticəsində doğmalar yadlaşır. Çox təsirli misra olan “min yerdən ürəyi qazıq dünyanın” ifadəsi dünyanın saysız-hesabsız yaralar aldığını göstərir. Dünya sanki insanların xəyanətindən deşik-deşik olmuş bir ürəkdir.

"Bir üzü sevincdir,bir üzü kədər,
İgid yola salıb milyonlar qədər.
Gəlməsə Koroğlu,altında kəhər,
Dərdinə çarəyə,azıq dünyanın."


Bu bənddə dünya ikili xarakterdə təqdim olunur — həm sevinc, həm kədər daşıyır. “İgid yola salıb milyonlar qədər” misrası tarix boyu qəhrəmanların məhv olduğunu xatırladır. Burada Koroğlu obrazının çəkilməsi təsadüfi deyil. Koroğlu xalq ədalətinin, mərdliyin və üsyanın simvoludur. Şair deyir ki, əgər belə qəhrəmanlar gəlməsə, dünyanın dərdinə çarə tapılmaz.

"Gəraylı tək özün öldürəni yox,
Özünü kiməsə sevdirməyi yox.
Bir deyib ürəkdən güldürəni yox,
Əhvalı-pürsanı pozuq dünyanın!"


Son bənd ümidsizlik notları ilə tamamlanır. İnsanlar nə özlərini anlayır, nə də bir-birinə sevgi verə bilir. “Bir deyib ürəkdən güldürəni yox” misrası səmimiyyətin yoxluğunu çox təsirli şəkildə ifadə edir. Dünya artıq zahirən yaşayır, daxilən isə yorulub.

Şairin digər - “Nərd dünyasıdır”- şeiri isə əvvəlkindən daha sərt və üsyankar ruhdadır. Burada dünya bir oyun meydanı kimi təqdim edilir. Şair dünyanın hiylə, təsadüf və məkr üzərində qurulduğunu deyir.

"Gileylənmə bu dünyadan,
Dünya namərd dünyasıdır.
Kiminə kef,kiminə nəf,
Kiminə dərd dünyasıdır."


Şair həyatın ədalətsiz bölgüsünü göstərir. Kimisi rahat yaşayır, kimisi nəfəs dərməyə möhtacdır, kimisi isə dərd içindədir. “Namərd dünya” ifadəsi burada dünyanın etibarsız və zalım tərəfini ifadə edir.

" Çoxlarını sınaq etdim,
Çoxlarına sual etdim.
Bir kimsədən eşitmədim,
Deyə ki mərd dünyasıdır."


Bu bənd həyati təcrübənin nəticəsidir. Şair insanları sınayıb və nəticədə həqiqi mərdlik görmədiyini bildirir. Burada bir ümumi ictimai ittiham var — sanki vicdan və dürüstlük azalıb.

" Ortalığı qatan dünya,
Iblis dünya,şeytan dünya.
Şeşi yekə satan dünya,
Sən demə nərd dünyasıdır!"


Bu, şeirin ən güclü bəndlərindən biridir. Dünya “iblis”, “şeytan” kimi təqdim olunur. “Şeşi yekə satan dünya” misrası çox maraqlı bənzətmədir. Nərd oyununda şeş ən yüksək zərlərdən biridir. Dünya özünü böyük və güclü göstərir, amma əslində bu bir oyundur — bəxt, hiylə və təsadüf oyunu.
Burada - “nərd dünyası” - ifadəsi həyat fəlsəfəsinə çevrilir. Kimisi udur, kimisi isə uduzur, çünki qaydalar həmişə ədalətli olmur.

"Gəraylıya oldu qatil,
Hər işini etdi batil.
Üsyan eylə,cəngə atıl,
Bilki,cihat dünyasıdır !"


Şair burada artıq passiv müşahidədən aktiv müqavimətə keçir. O, dünyanı “qatil” adlandırır və insanı mübarizəyə çağırır. Buradakı “cihat” sözü daha çox mənəvi savaş, haqq uğrunda mübarizə anlamında işlənib. Şair deyir ki, bu dünyada susmaq yox, haqq üçün savaşmaq lazımdır.
Bu iki şeirin ümumi poetik xüsusiyyətləri, xalq danışıq üslubu ilə fəlsəfi düşüncə birləşdirir.
Bu iki şeirdə klassik aşıq poeziyasının ruhu duyulur, ictimai tənqid və mənəvi ağrı əsas xətti aparır, təkrirlər və ahəng şeirlərin emosional təsirini artırır.
Burada artıq - “dünya” - obrazı canlı bir varlıq kimi təqdim olunur.

Şeirlərin əsas ideyası budur. İnsanlıq mənəvi aşınma yaşayır, amma haqqı və mərdliyi qorumaq üçün yenə də mübarizə lazımdır.
Beydullanın bir çox şeirlərində bəndlərin qısa olmasına baxmayaraq, onun misralardakı fikiri dərin ictimai, milli və mənəvi yük daşıyır. Onun şeirlərinin bir çoxu həm şəxsi kədərin, həm də vətən dərdinin poetik ifadəsini özündə birləşdirir.
Şairin misralarında fərdi ağrı ilə milli ağrı bir-birinə qovuşur. Şair öz dərdini yalnız şəxsi hiss kimi təqdim etmir, onu xalqın və vətənin taleyi ilə eyniləşdirir. Onun, "Gətir mizan tərəzini" - misrası ilə başlayan şeiri məhz bu dediklərimi özündə təsdiq edir.
Şeirin birinci bəndində şair, dərdinin böyüklüyünü mübaliğə və müqayisə vasitəsilə kimi ifadə edir:

"Gətir mizan tərəzini,
Ölçək dünyanın çəkisin!
Nə qədər ağır gəlsə də,
Verməz, dərdimin çəkisin!"


Burada "dünyanın çəkisi" ilə "dərdin çəkisi" qarşılaşdırılır. Dünyanın özü ən ağır varlıq kimi təsəvvür edilsə də, şairin fikrinə görə onun yaşadığı mənəvi ağrı bundan da ağırdır. Bu, sadəcə şəxsi iztirab deyil, bütöv bir millətin yaşadığı faciələrin insan qəlbində yaratdığı yükdür.
Şair növbəti mərhələdə daxili aləmini açır:

"Yumruq boyda ürəyimdə,
Dünya qədər kədərim var."


Bu misra Azərbaycan poeziyasında tez-tez rast gəlinən "kiçik ürəkdə böyük dərd" fəlsəfəsinin uğurlu ifadəsidir. Ürək fiziki baxımdan kiçik olsa da, onun daşıdığı ağrı sərhədsizdir.

"Gözlərimin bəbəyində,
Arazım var, Həkərim var."


misraları xüsusi məna yükü daşıyır. Burada Araz və Həkəri sadəcə çay adları deyil. Onlar Azərbaycanın tarixi yaddaşının, ayrılıqlarının, işğal və həsrət ağrılarının rəmzidir. Şairin baxışlarında belə vətən yaşayır; onun gördüyü hər mənzərənin arxasında doğma torpaqların taleyi dayanır.
Üçüncü bənd isə şeirin ən dramatik hissəsidir:

"Vətən boyda, sinəm üstə,
Dağ çəkilib neçə ildir."


"Dağ çəkilmək" xalq dilində ağır dərd, sağalmaz yara mənasını verir. Şairin sinəsindəki yük artıq fərdi deyil, "Vətən boyda"dır. Bu ifadə vətən ağrısının insan taleyinə necə çevrildiyini göstərir.
Son misralar isə oxucunu birbaşa milli yaddaşın qarşısında dayandırır:

" Mamırlaşıb daşlar üstə,
Şəhid qanları, əsirdir!"


Burada çox təsirli bir bədii paradoks var. Adətən zaman keçdikcə daşlar mamır bağlayır, izlər silinir. Lakin şair deyir ki, şəhid qanlarının izi hələ də daşların üstündədir və sanki əsir qalıb. Bu misralar həm şəhidlərin unudulmayan xatirəsini, həm də uzun illər işğal altında qalan torpaqların ağrısını ifadə edir.

Bu şeir Vətən ağrısının poetik manifestidir. Şəxsi kədərin milli kədərlə vəhdətini göstərir. Araz və Həkəri obrazları vasitəsilə tarixi yaddaşı oyadır. Şəhidlərin müqəddəs xatirəsini və xalqın çəkdiyi iztirabları ön plana çıxarır.
Şair demək istəyir ki, insanın ürəyində daşıdığı vətən dərdi bəzən dünyanın bütün ağırlığından daha ağır olur. Bu dərd nə zamanın keçməsi ilə azalır, nə də yaddaşlardan silinir.
Beydulla Gəraylının şeirləri kədərdən doğan, lakin milli qürur və yaddaşla yoğrulmuş vətəndaş poeziyasının təsirli nümunələrindən biridir.
Onun şeirləri oxucunu yalnız kövrəltmir, həm də ona vətənin, şəhidlərin və tarixi yaddaşın məsuliyyətini xatırladır. Bu isə əsl vətəndaş şairin yaradıcılığının ən mühüm xüsusiyyətidir.

Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

"Sahipsizler"dən sonra bu seriala çəkiləcək - FOTO

Yelena Sidorenko ikinci dəfə ana oldu

Sibel Can evlənir - Toy Mayamidə olacaq

DÜNYANIN YORĞUN ÜZÜ və İNSANIN MƏNƏVİ TƏNHALIĞI - FOTO

MƏMMƏD QƏDİR : Çağır Romadan papanı, bəsdi də - FOTO

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Əhali arasında narahatlıq: Alış-veriş zamanı kartlarımızdan əlavə pul tutulacaq?

Uşaqların beyninə zərər verən qida boyası

Ucalığın mübarəkdir, uca dağ - FOTO

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb

İctimai nəqliyyat ödənişlərində YENİLİK

Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930