
Xəbərlər
14.12.2021, 20:34
Solmaz Şirvanlı - KƏSİLİB
KƏSİLİB
Qəlbimdə bir həsrət yükü yığılıb,
Könlümə ayrılıq hicran sığınıb,
Bu ürək qəmlərdən elə boğulub,
Sənsizlik ömrümə qənim kəsilib!
De necə dayanım,de necə susum,
Qəmimə qan ağlar elim-ulusum,
Səni unutsam gəl dilim qurusun,
Ömrümə dumanlar-çənim kəsilib!
Gahdan bənzəyirəm körpə uşağa,
Bəzən oxşayıram ozan- yanşağa,
Özümlə çıxardıb qanı qurşağa,
Görürəm sağ-solum, önüm kəsilib.
Bu həsrət,bu hicran könlümü sarıb,
Ayrılıq,göz yaşı bağrımı yarıb,
Solmazam,bir ömrün sonuna varıb,
Bağlanıb yollarım,yönüm kəsilib.
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
14-12-2021
Qəlbimdə bir həsrət yükü yığılıb,
Könlümə ayrılıq hicran sığınıb,
Bu ürək qəmlərdən elə boğulub,
Sənsizlik ömrümə qənim kəsilib!
De necə dayanım,de necə susum,
Qəmimə qan ağlar elim-ulusum,
Səni unutsam gəl dilim qurusun,
Ömrümə dumanlar-çənim kəsilib!
Gahdan bənzəyirəm körpə uşağa,
Bəzən oxşayıram ozan- yanşağa,
Özümlə çıxardıb qanı qurşağa,
Görürəm sağ-solum, önüm kəsilib.
Bu həsrət,bu hicran könlümü sarıb,
Ayrılıq,göz yaşı bağrımı yarıb,
Solmazam,bir ömrün sonuna varıb,
Bağlanıb yollarım,yönüm kəsilib.
Solmaz Şirvanlı {AYNAZ CƏVAHİR KƏLAM}
14-12-2021
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









