Qəlblərə işıq paylayan müqəddəs ömür yolu

Həyat sonsuz və sürətli axın, zaman isə hər şeyi öz ağuşuna alıb aparan amansız rüzigardır. Bu tələskən dünya özünəməxsus süni parıltılar, keçici maskalar və soyuq qəliblərlə doludur. Müasir dövrdə insanın daxili aləmini, iç dünyasını qoruyub saxlaması, başqa birisinə bənzəmək cəhdindən və kimisə təqlid etməkdən kənarda dayanması ən çətin mənəvi imtahana çevrilib. Lakin bütün bu mürəkkəb burulğanların və qloballaşan dünyanın soyuqluğu içində öz xalis xislətinə sadiq qalan, Tanrının insana bəxş etdiyi uca əxlaqı qoruyan elə varlıq var ki, biz ona, sadəcə, "insanlığın nümunəsi" deyirik. O, daxili dünyası və əməlləri ilə bəşəriyyətin hələ də nə qədər müqəddəs və gözəl olduğunu sübut edən səmimi fikir və mənəviyyat mayakıdır.

İnsanlığın nümunəsi

Fəlsəfi nöqteyi-nəzərdən həqiqi insanlıq nümunəsi olmaq, sadəcə, nöqsansız yaşamaq və ya kənara çəkilib passiv sakitlik tapmaq demək deyil. İnsanlığın nümunəsi olan şəxs – daxilində daşıdığı nurlu enerjini ətrafındakı insanlara işıq paylamaq üçün təmənnasız şəkildə fəda edən yanan şam kimidir. O, fədakar əməyi ilə cəmiyyəti saflaşdırır, qaranlıq fikirləri qovur. Onun ən böyük peşə sevinci və ya həyat mükafatı etdiyi xeyirxahlığın maddi qarşılığı deyil, qarşı tərəfin qəlbində yaratdığı mənəvi rahatlıq və gözlərdə parıldayan səmimi minnətdarlıq duyğusudur.
Belə bir insanın bədii portretinin bünövrəsi, ilk növbədə, ata-baba ocağından, ulu köklərdən süzülüb gələn nəcabət irsi və xeyirxahlıqla yoğrulur. Ocaqdan gələn bu tərbiyə insanı hər zaman dürüst və bənzərsiz saxlayır. O, dərk edir ki, əsl ucalıq başqasının kölgəsində yaşamaq deyil, əcdadların miras qoyduğu təmiz adı, ləyaqətli mənəvi möhrü göz bəbəyi kimi qorumaqdır. Bu fədakarlıq istər sinif otağında şagirdlərinə elm və vətənpərvərlik aşılayan fədakar müəllimin zəhmətində, istərsə də mətbuat camesində sözün namusunu və dürüst imzanı qoruyan ziyalıların prinsipiallığında özünü bariz şəkildə büruzə verir.

İnsanlığın əsl nümunəsi olan şəxs həm də sarsılmaz vətən aşiqliyi, doğma yurda bağlılıq və dərin torpaq istəyi ilə zəngindir. O, vətəninin dərdi ilə göynəyən, onun sevinci ilə yaşayan şəxsdir. O, başqasının xoşbəxtliyini öz daxilində yaşatmağı bacaran uca ruhlu fərddir.
İnsanlığın nümunəsi olan hər bir şəxs bu fani dünyanın sönməyən fikir və mənəviyyat mayakıdır. Zaman keçir, nəsillər dəyişir, həyatın ritmi yenilənir, lakin haqqın, dürüstlüyün və səmimiyyətin qiyməti heç vaxt ucuzlaşmır. Bizə həyat yollarında işıq olan, daxili dünyamızı xeyirxahlıqla saflaşdıran bütün yaxşı və nəcib insanlara hörmət və minnətdarlıq duymaq hər birimizin borcudur. Çünki bu dünya mütləq onların qoyub getdiyi təmiz izlərin, səmimi duaların və nurlu əməllərin sayəsində uca, məğrur və toxunulmaz qalmaqdadır.
Haqqında yazdığım ziyalımızdan söz açmazdan verdiyim bu giriş sözləri səbəbsiz deyil. Əslində onun ictimaiyyətə elə də təqdimatı yoxdur. Çünki o özü ictimai xadimdir, fəal təbliğatçıdır, söz sərrafıdır, dövlətçiliyimizin qoruyucularından biridir. Bu insan Azərbaycan Qırmızı Aypara Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovdur.

Ocaq nəcabəti və ata-baba irsi


Həyatın fırtınalı, sürətli və bəzən insan ruhunu yoran axarında cəmiyyəti mənən ayaqda saxlayan, süni parıltılardan uzaq qalan elə bir mənəvi dünya var ki, biz ona həqiqi insanlıq nümunəsi deyirik Qeyd etdiyim kimi, çağdaş Azərbaycan ictimai-mədəni mühitində, xeyirxahlıq missiyasında və ziyalı təfəkküründə bu ali məfhumun canlı təzahürünə çevrilmiş şəxsiyyətlərdən biri — tanınmış ictimai xadim, yazıçı-publisist və fədakar humanist Novruz Aslanovdur. Onun keçdiyi şərəfli ömür yolu, mənsub olduğu uca köklərdən süzülüb gələn nəcabət irsinin və təmənnasız insan sevgisinin bənzərsiz bir salnaməsidir.

Novruz Aslanovun şəxsiyyətinin və daxili dünyasının formalaşmasında onun doğulub boya-başa çatdığı ulu ailə mühitinin müstəsna rolu var. O, görkəmli Azərbaycan şairi, özünün xeyirxahlığı və bir söz ustadı kimi təmkinliyi ilə dərin iz qoymuş, elinə, obasına – doğulub boya başa çatdığı Basqal kəndinə sadiq olmuş Davud Aslanın ocağında tərbiyə alıb. Çağdaş dünyamızda təlatümlü hadisələrin baş alıb getdiyi bir dövrdə Novruz müəllim hər zaman öz xalis xislətinə sadiq qalmağı bacarıb. O, dərk edir ki, əsl ucalıq süni maskalar geyinmək deyil, ata-babadan qalan dürüst adı, ləyaqətli mənəvi möhrü göz bəbəyi kimi qoruyub. Onun insanlara bəslədiyi səmimi münasibət məhz bu köklü ocaq nəcabətinin bəhrəsidir
Xeyirxahlığın, nəcibliyin və humanizmin əbədi ünvanı: Qırmızı Aypara Cəmiyyəti

Novruz Aslanovun cəmiyyətdəki ən böyük insanlıq nümunəsi onun uzun illər rəhbərlik etdiyi Azərbaycan Qırmızı Aypara Cəmiyyətindəki fəaliyyətidir. Bu missiya, sadəcə, rəsmi bir rəhbərlik deyil, xarici tədbirləri aramla, səbirlə yola vermək, ölkəmizə gəlib Qızıl Ayparanın qonağı olan hər kəsi qarşılamaq, onda minnətdarlıq hissi yaratamaq, eyni zamanda ətrafındakı insanların qaranlığını qovmaq, ehtiyacı olan qəlblərə işıq paylamaq üçün ömrünü yanan, əriyən şama çevirmək fəlsəfəsidir. Onun təşkilatçılığı ilə həyata keçirilən təmənnasız xeyirxahlıq aksiyaları, kimsəsizlərə, ahıllara və şəhid ailələrinə göstərilən mənəvi və maddi dayaq cəmiyyətdə dərin rəğbət doğurub. Novruz müəllim üçün ən ali peşə sevinci və mükafat - formal titullar deyil, kədərli insanın qəlbində yaratdığı mənəvi rahatlıq və gözlərdə parıldayan səmimi minnətdarlıq sevincləridir.
Qızıl Aypara gəncliyi bu cəmiyyətdə ətrafa işıq paylamaq üçün öz gənclik enerjisini, rahatlığını təmənnasız fəda edən cəmiyyət kimi tanınıb. Onların hər bir addımı ata-baba ocağından, ulu köklərdən süzülüb gələn xeyirxahlıq irsinin müasir dövrdəki əks-sədasıdır. Bir tənha ahılın qapısı döyüləndə, bir kimsəsiz uşağın əlindən tutulanda könüllülərin simasında təkcə maddi dəstək deyil, həm də insana daxili rahatlıq bəxş edən səmimi mənəviyyat ucalığı bərq vurur. Onların ən böyük peşə sevinci və həyat mükafatı - formal hesabatların süni parıltısı deyil, bəxş etdikləri kiçik bir təbəssüm, qarşı tərəfin gözlərində gördükləri səmimi minnətdarlıq xoş təəssüratıdır.

Qızıl Ayparaçılar daim fədakarlıq nümayiş etdirirlər. Bu fədakarlığın ən uca, lirik-dramatik zirvəsi tarixi sınaq günlərində bəyan oldu. 44 günlük Vətən müharibəsinin o gərgin, sızıltılı payız günlərində, düşmənin amansız raket atəşinə tutduğu Tərtərdə, Bərdədə, Gəncədə Qızıl Aypara könüllüləri böyük vətənpərvərlik nidası ilə ön xətdə idilər. Top mərmilərinin gurultusu altında, sığınacaqlarda qorxu içində büzüşən körpələrin, evləri dağılmış sakiflərin daxilində çəkdiyi o yoxluq əzabına şərik olmaq əsl insanlıq nümunəsi idi. Könüllü gənclər hər bir yaralı ürəklə dərd ortaqlığı və dərd oxşarlığı quraraq öz canlarını sipər edib humanizm məşəlini göylərə ucaltdılar.

Sözün nəcabəti: yaradıcılıq portreti

Sözün böyük mənasında, əsl ziyalı Novruz Aslanovun insanlığının digər zəngin tərəfi onun yaradıcılıq irsidir. Bir yaradıcı, fikir və mənəviyyat adamı kimi onun qələmindən süzülən beyin məhsulları dərin "insanşünaslıq" fəlsəfəsinə söykənir. O, daim dövlətçiliyimiz geniş təbliğ edən, siyasətimizin dərin sütunlara söykənən maraqlı, analitik yazıları ilə dövri mətbuatda çıxış edir, özünün oxucu auditoyasına ölkəmizdə həyata keçirilən quruculuq-abadlıq məsələlərini, Azərbaycanın işıqlı inkişafını böyük həvəslə çatdırır. Onun yazılarını oxuyan hər kəs müəlliflə səmimi ovqat, mənəvi xoş təəssürat yaşayır.
N.Aslanov həm siyasətdə, həm ictimai həyatda, həm də sənət aləmində möhür vurmuş bir ziyalımızdır. Böyük həvəslə yazdığı, ərsəyə gətirdiyi kitablar və yüzlərlə musiqi əsəri çoxşaxəli istedadının göstəricisi kimi də onu sevən, yaradıcılığına böyük maraq göstərən insanların yaddaşına hopub. Novruz Aslan həm də sarsılmaz vətən aşiqliyi və torpaq istəyi ilə döyünən bir ürəyin sahibidir. İllərlə mətbuat orqanlarında bir ziyalı təəssübkeşliyi ilə qaldırdığı ictimai məsələlər onun millətinə olan sonsuz sədaqətindən irəli gəlir.
.
Ən parlaq nümunə


Novruz Aslanovun ömür yolu və cəmiyyətə bəxş etdiyi xeyirxahlıq irsi bu fani dünyada dürüstlük, səmimiyyət və insanpərvərliyin heç vaxt ucuzlaşmadığını bəyan edən ən parlaq nümunədir. O, öz ləyaqətli imzası və nəcib əməlləri ilə həm ictimai fəaliyyətdə, həm də sənət aləmində silinməz mənəvi möhür vurub. Bizə həyat yollarında işıq olan, daxili dünyamızı xeyirxahlıqla saflaşdıran belə nəcib ziyalılara hörmət duymaq hər birimizin borcudur. Çünki bu dünya mütləq Novruz müəllim kimi xeyirxah insanların duaları, səmimi əməlləri və nurlu enerjisi sayəsində uca və gözəl qalmaqdadır.
Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031