Xəbərlər
27.07.2026, 00:49
Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO
Ümidlə sabahı gözləmə əbəs,
Ürək, həyəcanı birdəfəlik kəs,
Tez-tez bəhanəylə qaçırsa o kəs,
Eşqin üzü dönüb, di əlini üz..
Gizlin dərdi çəkib aşkara doğma,
Ey gözüm, qan-yaş tök, özünü boğma,
o sənə nə qədər olsa da doğma,
Eşqin üzü dönüb, di əlini üz..
Mənim bu eşqimin romanı nisgil,
Ayrılığı nisgil, son anı nisgil,
Sağ yanı qüssəli, sol yanı nisgil,
Eşqin üzü dönüb, di əlini üz..
Şəfa, nə sitəmlər çəkdi ürəyin,
Qüsədən qəm tumu əkdi ürəyin,
Sevdan çıxıb gedib, təkdi ürəyin,
Eşqin üzü dönüb, di əlini üz..

Ürək, həyəcanı birdəfəlik kəs,
Tez-tez bəhanəylə qaçırsa o kəs,
Eşqin üzü dönüb, di əlini üz..
Gizlin dərdi çəkib aşkara doğma,
Ey gözüm, qan-yaş tök, özünü boğma,
o sənə nə qədər olsa da doğma,
Eşqin üzü dönüb, di əlini üz..
Mənim bu eşqimin romanı nisgil,
Ayrılığı nisgil, son anı nisgil,
Sağ yanı qüssəli, sol yanı nisgil,
Eşqin üzü dönüb, di əlini üz..
Şəfa, nə sitəmlər çəkdi ürəyin,
Qüsədən qəm tumu əkdi ürəyin,
Sevdan çıxıb gedib, təkdi ürəyin,
Eşqin üzü dönüb, di əlini üz..

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











