Xəbərlər
27.07.2026, 01:20
Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı
Fransada yanğınla mübarizə aparmaq üçün 1500 əsgər səfərbər edilib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Katrin Votrin sosial media platforması X-də yazıb.
O, əsgərlərin ölkənin cənub-qərbində yanğınla mübarizə apardığını qeyd edib. Ölkənin mühəndislik qoşunları hazırda alovun yayılmasının qarşısını almaq üçün maneələr qurur. Müdafiə Nazirliyi, həmçinin, bu işə helikopterlər və dronlar da cəlb edib.
İlkin hesablamalara görə, Fransa və İspaniya kütləvi meşə yanğınları ilə üzləşib və nəticədə 300 mindən çox insan təxliyə edilib. Yerli yanğınsöndürənlərə və hərbi qulluqçulara Fransada yanğınları helikopterlə söndürən Çexiya xilasediciləri də daxil olmaqla, digər Avropa ölkələrindən olan həmkarları da kömək edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay