Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri zamanı iki ölkə arasında iqtisadi fəallığın artırılması və əlaqələrin genişləndirilməsi barədə mühüm razılıqlar əldə olunub. Bu əməkdaşlıqda aparıcı yeri Almaniyanın təbii qazla təchizatı mövzusu tutur. Mövcud reallıqda Gürcüstanın rolu əvəzolunmazdır, çünki bu marşrut ən qısa və ən əlverişli yollardan biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Xalqın Gücü" partiyasının beynəlxalq əlaqələr üzrə katibi, parlamentin deputatı Eka Sepaşvili "İmedis Kvira" verilişində deyib.

Sepaşvili iyulun 21-22-də Berlində Almaniya və Azərbaycan liderləri arasında keçirilən görüşdən bəhs edərək, bu səfərin Gürcüstan üçün də geniş perspektivlər açdığını vurğulayıb: "Cəmi bir neçə gün əvvəl Almaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ilə Federal Kansler iki ölkə arasında iqtisadi əlaqələrin fəallaşdırılması barədə razılığa gəliblər. Burada, əlbəttə ki, əsas yeri Almaniyanın təbii qazla təchizatı məsələsi tutur. Aydındır ki, bu prosesdə Gürcüstanın rolu əvəzsizdir, çünki ölkəmizdən keçən xətt ən qısa və ən sərfəli marşrutdur.

Düşünürəm ki, Avropa dövlətlərinin Şərqlə, ilk növbədə Çinlə aktiv ticarət əlaqələri qurmağa çalışmasını nəzərə alsaq, bu cür təşəbbüslərin sayı daha da artacaq. Qlobal mənzərəyə nəzər salsaq, ticarət-iqtisadi əlaqələrin qurulmasında ən mühüm tranzit xətlərindən biri məhz Azərbaycan və Gürcüstandan keçir. Müasir dünyada beynəlxalq yükdaşımaların əhəmiyyəti hər kəsə məlumdur və bu daşınmalar bizim ərazilərimiz vasitəsilə həyata keçirilir".

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930