Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri bu ölkə KİV-lərində geniş işıqlandırılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli mətbuatda yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşünə geniş yer verilib.

“Origo”, “Pesti Stacok”, “Baon”, “24.hu”, “kuruc.info”, “Mahyar Hirlap” və digər xəbər portallarında yayımlanan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündən bəhs olunub. Məqalələrdə iki liderin görüşündə Macarıstanın və Avropanın enerji təhlükəsizliyi, bölgədəki vəziyyət, iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə edildiyi vurğulanıb.

“Portfolio.hu” xəbər saytında dərc olunan məqalədə də Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri arasında görüşdə müzakirə olunan məsələlərdən danışılıb. Yazıda, həmçinin Macarıstan hökumətinin hər il 200 azərbaycanlı tələbəyə bu ölkədə təhsil almaq üçün təqaüd verdiyi qeyd olunub. Bundan başqa, Azərbaycan Prezidentinin səfər çərçivəsində Budapeştdə keçirilən atletika üzrə dünya çempionatının yarışlarına baxacağı və Macarıstanın milli bayramı münasibətilə təşkil olunan tədbirdə iştirak edəcəyi bildirilib.

[b]“Baon” [/b]portalında yayımlanan “Macarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub” sərlövhəli məqalədə isə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Prezident İlham Əliyev və Baş nazir Viktor Orbanın görüşü ilə bağlı fikirləri təqdim olunub. Xəbərdə iki ölkə arasında strateji əməkdaşlığın uzun müddət mövcud olduğu vurğulanıb, iqtisadi-ticari əlaqələrin son vaxtlar sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoyduğu bildirilib. Yazıda Macarıstanın regionda ən böyük təbii qaz anbarına malik olduğu və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulduğu vurğulanıb. Qeyd olunub ki, bu, qarşıdakı dövrdə qazın Macarıstana təhlükəsiz şəkildə nəql olunmasına böyük töhfə verəcək.

Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan ilə Macarıstan arasında bu sahədə əməkdaşlığın qurulmasına 2010-cu illərin əvvəllərində başlanmasının xatırlandığı məqalədə P.Siyartonun bu barədə fikirləri diqqətə çatdırılıb: “Biz 2010-2011-ci illərdə Azərbaycanla gələcək enerji əməkdaşlığı ümidi ilə əlaqələr qurmağa başlayanda Avropada - Avropa İttifaqında nəinki gülüşlə qarşılandıq, hətta bu əlaqəyə görə bizi tənqid edirdilər. Bu gün bütün Avropa İttifaqının rəhbərliyi müntəzəm olaraq Bakıya səfər edir və bir çox hallarda istənilən Avropa İttifaqı ölkəsi lideri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün çox şey verərdi”.

Məqalədə nazirin işğaldan azad olunmuş ərazilərin bərpası prosesində Macarıstan şirkətlərinin iştirakının ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcəyi barədə fikri də qeyd olunub. O, Soltanlı kəndinin Macarıstan şirkətləri tərəfindən yenidən qurulacağını və bu işlərə gələn il başlanılacağını qeyd edib.
Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb - FOTO
Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb - FOTO
Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb - FOTO
Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb - FOTO
Prezident İlham Əliyevin Budapeştə səfəri Macarıstan KİV-lərində geniş işıqlandırılıb - FOTO

Son xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?

Ağdabanın saz-söz ocağından dövlətçilik yoluna: Cavid Qurbanovun doğum gününə - FOTO

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930