“Qalatasaray”ın sabiq futbolçusu Yusuf Demir İstanbul klubundakı dönəmi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 2022-ci ildə “Rapid Wien”dən “Qalatasaray”a transfer olunan, lakin İstanbul klubunda gözləntiləri doğrulda bilməyən Demir 2026-cı ilin fevralında komandanı tərk edərək keçmiş klubuna qayıdıb.

23 yaşlı futbolçu “SK Rapid Podcast” proqramında “Qalatasaray”dakı günlərindən danışarkən xüsusilə 2022-ci ildə yaşadığı zədə və həmin dövrdə qarşılaşdığı tibbi proseslə bağlı etirafları ilə diqqət çəkib.

Yusuf Demir 2022-ci ilin sentyabrında Avstriya U-21 millisinin düşərgəsindən İstanbula topuq zədəsi ilə qayıtdığını bildirib. Onun sözlərinə görə, zədə o qədər ciddi olub ki, “Adana Demirspor”la oyuna hazırlaşdığı vaxt nə məşq edə, nə də futbol ayaqqabısı geyinə bilib.

Həmin dönəmdə yaşadıqlarını xatırlayan Demir “Qalatasaray”dakı prosesin onun üçün olduqca çətin keçdiyini deyib: “Qalatasaray”ın həkimi mənə dedi ki, sənə sistem vuracağıq, sonra bizimlə səfərə çıxa bilərsən. Əlbəttə, imtina etdim. Çünki şprisin içində nə olduğunu bilmirdim”.

Futbolçu tibbi proses zamanı yaşadıqlarının onu ciddi şəkildə narahat etdiyini və baş verənlərə təəccübləndiyini də vurğulayıb.

Demir bununla kifayətlənməyərək “Qalatasaray”ın klub daxilindəki vəziyyətlə bağlı da diqqətçəkən ifadələr işlədib.

“Qalatasaray”ın dünya üzrə 40 milyondan çox azarkeşi olduğunu bildirən futbolçu belə deyib: “Qalatasarayın dünya miqyasında 40 milyondan çox azarkeşi var, lakin klubun daxilində baş verən bəzi şeyləri görmək istəyən çox az adam var”.

Yusuf Demir 2022-ci ilin sentyabrında “Rapid Wien”dən “Qalatasaray”a transfer olunub. Avstriyalı futbolçu İstanbul klubunda keçirdiyi təxminən 4 il ərzində cəmi 26 rəsmi oyunda meydana çıxıb.

Bu qarşılaşmalarda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Demir 2026-cı ilin fevralında “Qalatasaray”dan ayrılıb və “Rapid Wien”ə geri dönüb.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930