Sənubər Səhər,
Jurnalist

Bəziləri üçün bunlar bir-biri ilə sıx bağlıdır, bəziləri üçün isə tamamilə fərqli anlayışlardır. Həyatın müxtəlif sahələri haqqında düşünəndə ağlıma ilk gələn məhz bunlar oldu. Maraqlısı isə odur ki, bu fikirlər heç də həmin mövzulara aid olmayan bir müsahibəni dinlədikdən sonra yarandı.
Yaşam, anlayış, bilik, təzahür və duyğular bizi yeni öyrənmələrəmi aparır? Yoxsa öyrənə bilmədiklərimiz şəxsi düşüncələrimizdə özünə dayaq axtarır?
Bütün bu sualları bir kənara qoyaq. Oxuyaq, öyrənək, düşünək və həyatımız üçün möhkəm mənəvi dayaq yaradaq.

“Elm mənim nəyimə lazımdır?” sualını verən hər kəs elə bir məqamla qarşılaşacaq ki, bu sualı verdiyinə peşman olacaq. Çünki öyrəndiyimiz hər yeni bilik həyat yolumuzu işıqlandıran bir çıraqdır. Hətta demək olar ki, təkcə çıraq deyil, düşüncəmizi nurlandıran bir atəşfəşanlıqdır.
Lakin hər deyilənə də inanmaq olmaz. İlk növbədə həmin fikri söyləyən insanı tanımağa çalışmalıyıq. Bununla belə, ürəyimizə və ağlımıza yaxın gələn bir fikirlə qarşılaşdıqda, çox vaxt onun müəllifini axtarırıq. Sonra isə həmin müəllifin saysız-hesabsız düşüncələri qəlbimizə rahatlıq gətirir.
Bu gün artıq evdar qadınlar belə müxtəlif sahələrə dair məlumatlara böyük maraq göstərirlər. Hətta bəzən jurnalistlər cəmiyyətlə bağlı bir çox maraqlı məlumatı məhz onlardan əldə edirlər. Şəxsi və ictimai həyatın geniş müzakirəsi həm elmi araşdırmalarda, həm də publisistik yazılarda özünəməxsus yer tutur.

Elmi yanaşmalar, təəssüf ki, insanın xarakterini bir anda dəyişmir. Amma düşüncələrə, hadisələrə və araşdırmalara münasibəti dəyişə bilir. Elmi biliklər xarakterləri formalaşdırmasa da, davranışa, fəaliyyətə və qərarverməyə müsbət təsir göstərir.
Kim hansı düşüncə ilə, hansı xarakterlə və hansı mühitdə yaşasa da, dünyaya və həyata baxışı öz fərdiliyini qoruyur. Birliklər həyatı asanlaşdırır. Lakin həmin birliklərin daxilində də mübarizə, inkişaf və yenilik axtarışı heç vaxt bitmir. Bunun səbəbi yalnız çatışmazlıqlar deyil, həm də yeni araşdırmalar və yeni kəşflərdir.
Fikirlərin dağınıqlığı da həyatın ayrılmaz hissəsidir. İnsan daim axtarışdadır. Yeniliklərə yol açan köhnə biliklərin dəyəri isə heç vaxt unudulmamalıdır.
Bu yazı da məhz dağınıq düşüncələrin bir araya gəlməsindən yarandı. Amma çalışaq ki, həyatımız dağınıq olmasın. Heç nəyi unutmadan yaşayaq, işlərimizi və fikirlərimizi bir-birinə qarışdırmayaq.
Həyat yolunda ardıcıllığımız pozulmasın. Bildiklərimizi vicdanla tətbiq edək, bilmədiklərimizi isə öyrənməyə çalışaq. Anlamadıqlarımız haqqında tələsik hökm verməyək və onları müzakirə etməzdən əvvəl dərindən düşünək.
Unutmayaq ki, insanı böyüdən yalnız biliyi deyil, həm də öyrənməyə olan həvəsidir. Düşünən, öyrənən və sorğulayan insan həm öz həyatını, həm də cəmiyyətini daha işıqlı gələcəyə aparır.

Son xəbərlər

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930