
Xəbərlər / Nesr
5.10.2022, 22:49
Mələk uca ərşə yazan bir eşqin
Hər kəlməni sevgim ilə oxşayıb,
Telin sığallayıb, nazın çəkmişəm.
Hər misraya gülab səpib, gül düzüb,
Baharın çəkmişəm, Yazın çəkmişəm..
.
Gözümə dolsa da həsrətin dəmi,
Yaxına buraxmır kədəri, qəmi.
Giizlincə silmişəm gözündən nəmi.
Süslənmiş sevginin izin çəkmişəm.
.
Şeytan fitvasıyla üzdə qalanın,
Bir buğda eşqiylə düzdə qalanın.
Korun-korun yanıb, közdə qalanın,
Şeirə düzmüşəm, sözün çəkmişəm.
.
Mələk uca ərşə yazan bir eşqin,
Yaşı bilinməyən ozan bir eşqin
Rənglər dünyasında azan bir eşqin,
Rəssam fitrətiylə özün çəkmişəm.
Əfşan Yusifqızı
Telin sığallayıb, nazın çəkmişəm.
Hər misraya gülab səpib, gül düzüb,
Baharın çəkmişəm, Yazın çəkmişəm..
.
Gözümə dolsa da həsrətin dəmi,
Yaxına buraxmır kədəri, qəmi.
Giizlincə silmişəm gözündən nəmi.
Süslənmiş sevginin izin çəkmişəm.
.
Şeytan fitvasıyla üzdə qalanın,
Bir buğda eşqiylə düzdə qalanın.
Korun-korun yanıb, közdə qalanın,
Şeirə düzmüşəm, sözün çəkmişəm.
.
Mələk uca ərşə yazan bir eşqin,
Yaşı bilinməyən ozan bir eşqin
Rənglər dünyasında azan bir eşqin,
Rəssam fitrətiylə özün çəkmişəm.
Əfşan Yusifqızı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












