
Xəbərlər / Nesr
7.05.2022, 00:15
Korun-korun tüstülənir bir ocaq - Cümşüd AYDƏMİROV
Gözləyərdim gəlişini həsrətlə,
Bağ mövsümü, yay ayları gələndə.
Dağ çəkərdin gedişinlə qəlbimə,
Payız fəsli,durnalar köç edəndə.
İlk məhəbbət belə olurmuş demə?!
Xəyalların bir biriylə əyişir.
Havalı tək görürsən hər işi də,
Oturuşun, duruşun da dəyişir.
İllər elə sürüşdü ki,ömürdən,
Çoxu getdi heç bilmədim nə qaldı?
Mən ki,sənə vurulmuşdum ürəkdən,
İndi bizə o sevgidən nə qaldı?
Xatirələr işığına yığılıb,
Korun-korun tüstülənir bir ocaq,
O ocaq ki,ürəyimdə qalanıb.
İstisi tək ikimizə çatacaq.
Cümşüd Aydəmirov
Xudat 04.05.22
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













