Turaztv.az » Xəbərlər » Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı
Xəbərlər

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

19.08.2026, 13:51 1
Bu gün saat 12 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən arvadı 1983-cü il təvəllüdlü A.Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər