
Xəbərlər
27.12.2021, 20:54
Cümşüd Aydəmirov - Sənə
Sənə
Dedin, xoşlamıram yazdıqlarını,
Özümü görmürəm şeirlərində.
Sən ki, görməmisən pozduqlarımı,
Oxumadıqlarını demirəm hələ.
Mən necə yazım ki,nədən yazım ki,
Sənin ürəyinə yol tapa bilim.
Sən elə bahalı mirvarisən ki,
Gerçəkdə yavaşca toxuna bilim.
Yağışa köklənən bulud kimiyəm,
İldırım çaxmamış boşala billəm.
Dəvəsin itirmiş ərəb kimiyəm,
Səhrada sərgərdan dolana billəm.
Toxunma qəlbimə bir himə bəndəm,
Fırtına əvvəli bir dəniz kimi.
Tanrım bilirsən ki, mən sənə bəndəm,
Uşaq əzizinə inanan kimi.
Zəif sinirim də sənə tanışdır,
Çox da qurdalanma nabələd kimi.
Bircə zərbə ilə məni uyuşdur,
Hədəflə,Axilles dabanı kimi.
Dedin xoşlamıram yazdıqlarını,
Özümü görmürəm şeirlərində.
Sən ki,görməmisən pozduqlarımı,
Oxumadıqlarını demirəm hələ.
Cümşüd Aydəmirov,
Xudat. 25.12.21
Dedin, xoşlamıram yazdıqlarını,
Özümü görmürəm şeirlərində.
Sən ki, görməmisən pozduqlarımı,
Oxumadıqlarını demirəm hələ.
Mən necə yazım ki,nədən yazım ki,
Sənin ürəyinə yol tapa bilim.
Sən elə bahalı mirvarisən ki,
Gerçəkdə yavaşca toxuna bilim.
Yağışa köklənən bulud kimiyəm,
İldırım çaxmamış boşala billəm.
Dəvəsin itirmiş ərəb kimiyəm,
Səhrada sərgərdan dolana billəm.
Toxunma qəlbimə bir himə bəndəm,
Fırtına əvvəli bir dəniz kimi.
Tanrım bilirsən ki, mən sənə bəndəm,
Uşaq əzizinə inanan kimi.
Zəif sinirim də sənə tanışdır,
Çox da qurdalanma nabələd kimi.
Bircə zərbə ilə məni uyuşdur,
Hədəflə,Axilles dabanı kimi.
Dedin xoşlamıram yazdıqlarını,
Özümü görmürəm şeirlərində.
Sən ki,görməmisən pozduqlarımı,
Oxumadıqlarını demirəm hələ.
Cümşüd Aydəmirov,
Xudat. 25.12.21
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












