Xəbərlər
25.07.2026, 22:53
ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.
SƏN ADDA ƏZİZİM HƏMİŞƏ SAĞDI...
İnsan həyatında elə ayrılıqlar var ki, onları zaman da sağalda bilmir. Günlər keçir, aylar ötür, illər bir-birini əvəz edir, amma ürəyin bir guşəsində açılan yara olduğu kimi qalır. Çünki bəzi insanlar sadəcə ömür yolumuzun yolçusu olmurlar – onlar ruhumuzun bir parçasına çevrilirlər.
Bu cür kədərli mövzular rastıma çıxanda o insanın qəlb ağrısını duyuram. Bu kimi yazıları oxuyanda üzərindən keçə bilmirəm.
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü, dəyərli ziyalımız, hörmətli şairəmiz Sevda Zeynalovanın bacısının dünyasını dəyişməsinə həsr etdiyi bir-birindən təsirli paylaşımları məni hər dəfə duruxdurub. Yazılanlar nə qədər ağır olsa da, sözlər bir insanın xatirəsini daha layiqincə yaşatmağa, doğmalarının hisslərini daha dolğun ifadə etməyə kömək edir, o dəqiqə buna işləməyi özümə borc bilirəm.
Şeir belə başlayır;
"Dizimin taqəti, gözümün nuru,
Tükənən harayım, ünüm, hardasan?
Qəlbimin yarıda qalan arzusu,
Varlığım, imanım, dinim, hardasan?"
Sənsiz keçən qırx gün də elə belə oldu. Hər günü həsrətlə, hər anı göz yaşı ilə dolu keçən qırx gün... Sənin o fədakar, təmiz və mərhəmətli qəlbin artıq bu dünyada döyünmür. Ancaq sevgin, xeyirxahlığın, mehribanlığın hələ də evimizin divarlarında, xatirələrimizin hər səhifəsində yaşayır.
"Sənsiz bu dünyanın dadı-duzu yox,
Səpilib yollara nisgilim, ahım.
Səsin qulağımda bir şirin nəğmə,
Sən idin açılan nurlu sabahım."
Sənin yoxluğun evimizin hər guşəsini sükuta qərq edib. Hər baxışda səni axtarır, hər səsdə sənin səsini eşitmək istəyirik. Ocaq başında bir yer həmişə boş qalacaq, çünki o yer sənin yeridir - deyən Sevda xanım dərdini belə ifadə edir ;
"Artır günü-gündən bacı həsrətim,
Kədər qoşun çəkir, alır üstümü.
Təsəllim olurdu şirin söhbətin,
Yoxluğun bəxtimin qara qəsdimi?"
Sən hamının dərdinə şərik olan, sevincini bölüşən, qəlbi kin və nifrətdən uzaq bir insan idin. Elə insanlar var ki, onların yoxluğu yalnız ailəsinə deyil, onları tanıyan hər kəsə ağır gəlir. Sən də məhz belə insanlardan idin-deyərək Sevda xanım yazır;
"Ayrılıq ruhumu qısnayır hər an,
Ölümün sinəmə çəkilən dağdı.
Necə dilim gəlsin, deyim ki, yoxsan,
Sən adda əzizim həmişə sağdı."
Bu gün cismani ayrılığının qırxıncı günüdür. Adətə görə qırx tamam olur. Amma həsrətin nə qırx gündə, nə qırx ayda, nə də qırx ildə tamamlanır. Çünki əsl sevgi və doğmalıq zamanın hökmünə tabe olmur.
İnsan dünyadan köçür, amma əməlləri, sevgisi və xatirəsi yaşayır. Səni sevənlərin qəlbində də belə yaşayacaqsan. Sənin mehriban gülüşün, nurlu baxışların, saf qəlbin heç vaxt unudulmayacaq.
Bu duyğuları Sevda Zeynalovanın misraları ən dolğun şəkildə belə ifadə edir:
“Necə dilim gəlsin, deyim ki, yoxsan,
Sən adda əzizim həmişə sağdı.”
Bəli... İnsan sevdiyini torpağa əmanət edə bilər, amma ürəyindən heç vaxt çıxara bilməz. Çünki həqiqi sevgi ölümün deyil, zamanın da fövqündə dayanır.
Allah sənə rəhmət eləsin, məkanını cənnət, ruhunu şad etsin. Səni sevənlərin qəlbində adın da, xatirən də, sevgin də əbədi yaşayacaq.
Səmimiyyət və ehtiramla,
Elxas Comərd,
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay