Turaztv.az » Xəbərlər » Dənizə gedənlərin nəzərinə!
Xəbərlər

Dənizə gedənlərin nəzərinə!

25.07.2026, 09:34 52
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti olacaq.

Oxşar xəbərlər