Turaztv.az » Xəbərlər » Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb
Xəbərlər

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

25.07.2026, 21:59 83
Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb.

AZƏRTAC xəbər verir ki, son olaraq 16 yaşadək yeniyetmə cüdoçular arasında qaliblər bəlli olub.

Bu yaş kateqoriyasında 108 idmançı tatamiyə çıxıb. Oğlanlar dörd, qızlar isə üç çəki dərəcəsində mübarizə aparıblar.

Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən 81 klubun 289 cüdoçusu U-14 və U-16 yaş kateqoriyalarında gücünü yoxlayır.

Yarışa iyulun 26-da yekun vurulacaq.

Oxşar xəbərlər