Xəbər verdiyimiz kimi dövlət məktəbəqədər təhsil layihələrinə dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən yararlana biləcəklər. Özəl bağçalarda yeni maliyyələşmə modeli üzrə müsabiqənin keçirilməsi, iştirak, qiymətləndirmə və maliyyələşdirmə qaydaları müəyyənləşdirilib.

Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə qərarında yer alan müddəalara görə, müsabiqəyə təqdim edilən layihələrdə layihənin adı və məqsədi, cəlb olunacaq təhsilalanların sayı, layihənin əhəmiyyəti, özəl tərəfdaşların imkanları, təhsil müəssisəsinin tutumu və valideynlərin iştirak payı, o cümlədən hər bir təhsilalan üçün aylıq ödəniləcək təhsil haqqı göstərilməlidir.

Layihələrdə insan resurslarından, maddi-texniki bazadan, infrastrukturdan, təhsil proqramlarından və digər resurslardan istifadə ilə bağlı tələblər də nəzərə alınmalıdır. Müsabiqənin keçirilmə qaydası, layihələrin qiymətləndirilməsi və qalibin müəyyənləşdirilməsi meyarları da əvvəlcədən açıqlanır.

Müsabiqə başlandıqdan sonra şərtlər toplusunda dəyişiklik edilərsə, müsabiqənin müddəti uzadıla bilər. Lakin uzadılan müddət müsabiqənin ilkin müddətindən çox ola bilməz. Dəyişikliklər barədə iştirakçılara ən geci 2 iş günü ərzində məlumat verilir.

Müsabiqə ilə bağlı elan mediada və Elm və Təhsil Nazirliyinin rəsmi internet saytında yerləşdirilir. Elanlarda iştirakçılara dair tələblər, təqdim edilməli sənədlər, müsabiqə şərtlərinin əldə olunması qaydası, müraciətin başlanma və bitmə tarixləri, eləcə də əlaqə vasitələri göstərilir.

Müraciət etmək istəyən iddiaçılar elan edilən müddətdə “Elektron Hökumət İnformasiya Sistemi”ndə qeydiyyatdan keçməli və elektron kabinet yaratmalıdırlar. Daha sonra elektron ərizə doldurularaq təsdiqlənməlidir.

Ərizəyə hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən çıxarış, məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziya, bu sahədə layihələrin həyata keçirilməsi təcrübəsi barədə məlumat, vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş borcun olmaması və riskli vergi ödəyicisi statusunda olmaması barədə arayış əlavə edilməlidir. Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edilirsə, onu təmsil etmək hüququnu təsdiq edən sənəd də təqdim olunmalıdır.

Layihələrin qiymətləndirilməsi 30 gün ərzində həyata keçiriləcək

Sənədlər tam olmadıqda və ya uyğunsuzluq aşkarlandıqda, iddiaçıya bu barədə elektron kabinet vasitəsilə məlumat veriləcək. İddiaçı 3 iş günü ərzində çatışmazlıqları aradan qaldıraraq ərizəni yenidən təsdiqləməlidir. Sənədlərin tamlığı təmin edilmədikdə ərizəyə baxılmaması barədə qərar qəbul ediləcək.

Sənədlərin tamlığı yoxlanıldıqdan sonra layihələr 30 gün ərzində qiymətləndiriləcək. Müsabiqə şərtlərinə uyğun olmayan layihələrə baxılmayacaq. Tələblərə cavab verən layihələr isə müəyyən edilmiş meyarlar və həmin meyarların xüsusi çəkisi nəzərə alınmaqla balla qiymətləndiriləcək.

Ən yüksək bal toplayan bağçalar müsabiqənin qalibi elan olunacaq

Ən yüksək bal toplayan iddiaçılar dövlət dəstəyinin ümumi məbləği çərçivəsində müsabiqənin qalibi elan olunacaq. Qaliblər barədə məlumat Nazirliyin rəsmi internet saytında yerləşdiriləcək, eyni zamanda qaliblərə nəticə barədə 5 iş günü ərzində məlumat veriləcək.

Valideynlər də layihələrdə tərəfdaş kimi iştirak edəcəklər. Qalib layihələr barədə məlumatlarla tanış olduqdan və aylıq iştirak payı ilə razılaşdıqdan sonra valideynlər elektron kabinet vasitəsilə uşaqlarını dövlət dəstəyindən yararlanmaq üçün qeydiyyatdan keçirə biləcəklər.

Qeydiyyat zamanı müəyyən kateqoriyalara aid uşaqlara üstünlük veriləcək. Daha sonra qeydiyyat növbəlilik prinsipi əsasında aparılacaq. Qeydiyyatı təsdiqlənən valideynlər avtomatik olaraq layihənin iştirakçısı və tərəfdaşı hesab olunacaqlar.

Layihələrin maliyyələşdirilməsi maliyyələşdirmə və xidmət müqavilələri əsasında həyata keçiriləcək. Maliyyələşmənin məbləği göstərilən xidmətlərdən yararlanan uşaqların sayından və onların neçə ay təhsil almasından asılı olacaq.

Əgər layihədə nəzərdə tutulan sayda uşaq cəlb edilməzsə və ya müsabiqə qalibi maliyyələşdirmə müqaviləsi bağlamaqdan imtina edərsə, növbəti ən yüksək bal toplamış iddiaçı qalib elan oluna bilər. Bu halda həmin iddiaçıya uşaqların cəlb edilməsi üçün 30 təqvim günü vaxt veriləcək.

Elm və Təhsil Nazirliyi maliyyələşdirmə müqavilələrinin icrasına nəzarət edəcək. Nazirlik layihə qaliblərindən rüblük, yarımillik, illik və ya yekun hesabatlar tələb edə bilər. Qaliblər müqavilənin icrası başa çatdıqdan sonra 15 iş günü ərzində tələb olunan hesabat və sənədləri Nazirliyə təqdim etməlidirlər.

Qeyd edək ki, ötən gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu sosial şəbəkədəki canlı yayımda özəl bağçalara müraciət edib. O müraciətində özəl bağçaları lisenziya alıb layihədə iştiraka çağırıb.

Xatırladaq ki, yeni maliyyələşmə modeli üzrə Bakı şəhərində dövlət dəstəyinin məbləği aylıq 350 manatı, regionlarda isə 250 manatı keçməyəcək.

Son xəbərlər

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930