Turaztv.az » Xəbərlər » Qəzənfər Məsimoğlu : Gedib sülənməsin yad qapılarda - FOTO
Xəbərlər

Qəzənfər Məsimoğlu : Gedib sülənməsin yad qapılarda - FOTO

25.07.2026, 00:03 122
QAPILARDA

Doğma Vətənində nökər ol, qul ol,
Qazanma gəl ucuz ad, qapılarda.
Günlərin birində itər əməyin,
Çəkərsən faydasız dad, qapılarda.

Nə qədər bacarsan ömürdən kam al,
Könüllərdə yaşa, ürəklərdə qal.
Cənnətin bağını öz evində sal,
Hər zaman olmazsan şad qapılarda.

Qəzənfər, borcuna diqqətli ol, ver,
Özündən böyüyə, ahıla yol ver.
İtinə sahib çıx, yalını bol ver,
Gedib sülənməsin yad qapılarda.

Oxşar xəbərlər