Xəbərlər
26.07.2026, 00:04
QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR
MUSA QƏNİYEV,
Azərbaycan Tibb Universiteti
Tibb Elmləri Doktoru, Professor
Yaşadığımız dövrün acı həqiqətlərindən biri, müxtəlif sosial şəbəkə və TV kanallarında dərman maddələri və bioloji aktiv əlavələrin (BAƏ) reklam xarakterli təbliğidir. Əksər hallarda bu təbliğatı, heç bir tibb və ya əczaçılıq təhsili olmayan, bir iki ay naməlum özəl kurslar keçmiş və apteklərdə yanaşı xidmətə götürülmüş insanlar aparır.
Məlumdur ki, sahibkar subyekti və nəzarətsizlik mexanizminə görə, hazırda aptek marketinqini insan sağlamlığı deyil, götürəcəyi gəlir maraqlandırır. Bu səbəbdən, reklam etdikləri dərman maddəsinin törədə biləcəyi yaxın-uzaq fəsadları, ən əsası isə, bu işin hüquqi məsuliyyətini başa düşməyən belə təbliğatçılara, satışın müəyyən faizi bonus şəklində verilir. Bu şirnikləndirmə və həvəsləndirmə mexanizmi, belə halların kütləviləşməsinə və insanların sağlamlığına çox ciddi təhlükə yaradır.
Reseptsiz satılan və qəbulu həkim tövsiyyəsi olmadan reklam olunan bu tərkiblərə baxanda və onların törədəcəyi uzaq fəsadları düşünəndə, insanı dəhşət bürüyür.
Odur ki, hazırda ən çox reklam və təbliğ olunan dərman və BAƏ-lərin gizli təhlükəsi, törədə biləcəyi əlavə effekt və fəsadları haqqında bəzi həqiqətləri yazmağı lazım bildim.
1. Stress əleyhinə reklam olunan 5-HTP, Melatonin, Maqnezium haqqında.
5-HTP (hidroksitriptofan) serotoninin sələfidir. Hərgah xəstə klassik antidepressant, güclü analgetik və ya revmatoloji dərman maddəsi qəbul edirsə, bu halda 5-HTF fonunda, həyat üçün son dərəcə təhlükəli, hətta ölümə səbəb olacaq "Serotonin sindromu"nin baş verməsi qaçılmazdır.
Melatonin: bu preparatın uzunmüddətli qəbulu, endogen yuxu hormonunun sintezini bəzən geri dönməz şəkildə blokada edir. Bu halda, Melatonin qəbulunun dayandırılması çox güclü və korreksiya olunmaz insomniyaya (yuxusuzluq) səbəb olur. Melatonin hətta qısamüddətli, nəzarətsiz qəbulu belə, qonadotrop hormonların səviyyəsinin azalması (cinsi həvəs və istəyin sönməsi), depressiya və gündüzlər çox güclü yuxululuğa səbəb ola bilər.
Maqnezium (xüsusən, yüksək dozalarda) kəskin diareya, dispepsiya, arterial təzyiqin enməsi, əzələ zəifliyi, ağır hallarda isə, kəskin bradikardiya və ürək əzələsində (miokard) keçiriciliyin pozulmasına səbəb ola bilir.
2. Mədə-bağırsaq sisteminə təsir göstərən preparatlar və hepatoprotektorlar.
Reklam olunan hepatoprotektorlar alaqanqal bitkisindən alınan və tərkibi silibinin, silikristin, slidianin kimi fenol birləşmələrindən ibarət olan preparatlardır. Bunlar çox güclü ödqovucu təsirə malikdir. Qeyri-professional diaqnostik yanaşma və təyinatda çox ağır nəticələrə səbəb ola bilərlər. Məsələn, bunları qəbul edən şəxsdə gizli və diaqnozu dəqiqləşdirilməyən xolelitiaz (öd daşı xəstəliyi) varsa, öd daşının hərəkətə gəlməsini təhrik edə və öd yollarının tutulması ilə müşahidə olunan çox kəskin qaraciyər kolikinə (spastik dözülməz ağrı) səbəb ola bilər. Bu halda, yeganə çıxış yolu yalnız təcili operativ müdaxilədir.
3. Probiotik və prebiotiklər. BAƏ qrupuna aid olan bu canlı bakteriya ştammları immun sistemi zəif və ya ciddi yanaşı xəstəliyi olan (məsələn, epitelial keçiriciliyin artması sindromu) şəxslərə təyin olunduqda, bakteremiya və ya funqemiyaya səbəb ola bilər. Bunun da müalicəsi çətin, uzun zaman və maliyyə vasitəsi tələb edən prosesdir.
4. Xondroprotektorlar (Qlyukozamin, Xondroitin).
Qlyukozamin kimyəvi quruluşca aminosaxariddir. Toxumaların insulinə rezistentliyini və mədəaltı vəzə düşən metabolitik yükü kəskin artırır. Odur ki, nəzarətsiz qəbulu diabetönü və 2-ci tip şəkərli diabeti olan şəxslərdə karbohidrat mübadiləsinin pozulması və müalicəyə tabe olmayan- dözümlü hiperqlikemiyaya səbəb ola bilir.
Xondroitin sulfat antikoaqulyant (qan durulaşdırıcı) təsirə malikdir. Onun antiaqreqant (kardio aspirin, klopidoqrel) və ya digər antikoaqulyant alan şəxslərə təyini mədə-bağırsaq və daxili qanaxma riskini kəskin şəkildə artırır. Bu halın nəyə səbəb ola biləcəyinin isə, əlavə izaha ehtiyacı yoxdur.
5. Metabolitik proseslərə təsir göstərən və "fəsadsız kilo itkisinə" səbəb olan BAƏ-lər. Məsələn, "Təbii Ozempik" (tərkibi Berberin və Alfa-lipoy turşusu) adlandırılan BAƏ.
Bu tərkibə daxil olan Beberin qara ciyərdə Sitixrom P450 (əsasən, CYP3A4) fermentlər sistemini inaktivləşdirir. Bu ferment hazırda əksər insanların demək olar ki, gündəlik qəbul etdiyi hipotenziv preparatların, eləcə də statinlərin və antikoaqulyantların metabolizmi törədir. Odur ki, bu fermentin inaktivləşməsi məlum dərman maddələrinin qan plazmasındakı konsentrasiyasının kəskin artması, hətta poliorqan çatışmazlığı və letal sonluqla nəticələnən çox ağır sistem toksikliyinin meydana çıxmasına səbəb ola bilər.
Alfa-lipoy turşusu çox güclü insulinomimetikdir. İstifadə dozası korreksiya olunmadığı halda, qanda şəkərin miqdarını kəskin azalda, çox ağır hipoqlikemiya, hətta hipoqlikemik komaya səbəb ola bilər.
6. Yüksək dozada Vitamin C, Vitamin D3 və Sink.
Vitamin C (1000 mq-dan yüksək dozada) orqanizmdə metabolizmi məruz qalaraq oksalat turşusuna çevrilir. Odur ki, onun bu cür meqadozalarda uzunmüddətli qəbulu hiperoksaluriya və böyrəklərdə oksalat daşlarının əmələ gəlməsi (nefrolitiaz), eləcə də mədə selikli qişasının ciddi zədələnməsinə səbəb ola bilir.
D3 vitamininin yüksək dozalarda nəzarətsiz qəbulu kumulyasiya və hiperkalsiemiyaya törədir. Kalsium damarların divarında, miokardda və böyrəklərin parenximasında (nefrokalsinoz) toplanaraq, bu orqanların funksiyasının kəskin pozğunluğuna və ağır nəticələrə səbəb olur.
Sinkin artıq miqdarda qəbulu, misin bağırsaqlardan sorulmasını blokada edir. Odur ki, uzunmüddətli qəbulu orqanizmdə mis defisiti, anemiya və ağır nevroloji pozğunluğa (mielopatiya) səbəb ola bilir.
7. Hazırda qeyri-professionallar tərəfindən ən çox reklam olunan dərman maddələrinə, dəri xəstəlikləri zamanı tövsiyyə olunan müxtəlif məlhəm, pasta və krem halında olan dərman formaları da aiddir.
Müasir dövrdə etiopatogenetik mexanizminə görə, nozoloji vahid olaraq 4000-dən artıq müxtəlif dəri xəstəlikləri mövcuddur. Bunların hər birinin müalicəsi, yalnız ali təhsilli dermatoloqun düzgün diaqnostik dəyərləndirilmə və təyinatı əsasında aparılmalıdır. Əks halın faciələrlə nəticələnəcəyi qaçılmazdır. Bunu ilk növbədə, bu dərman formalarını əlinə alıb reklam edən bilməli və daşıdığı hüquqi məsuliyyəti dərk etməlidir.
Son olaraq bildirirəm ki, istənilən dərman maddəsinin istər profilaktik, istərsə də müalicə məqsədilə təyinatı və istifadəsi yalnız və yalnız həmin sahənin ixtisaslı klinik həkiminin göstərişi və nəzarəti altında aparılmalıdır. Digər tərəfdən, Dövlət tərəfindən dərman maddələri və BAƏ-in reklamını tənzim edən xüsusi qanun qəbul edilməlidir. Bu qanunun tələblərini pozanlar çox ciddi şəkildə cəzalandırılmalı və hüquqi məsuliyyət daşımalıdır. Düşünürəm ki, yalnız bu yol, xalqımızın sağlam gələcəyinə təminat verə bilər.
Azərbaycan Tibb Universiteti
Tibb Elmləri Doktoru, Professor
QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR
(VƏ YA DƏRMAN MADDƏLƏRİ VƏ BAƏ-LƏRİN REKLAMI HAQQINDA)

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay